Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaqatalada qızılca xəstəliyi yayılıb

Zaqatalada qızılca xəstəliyi yayılıb...

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, oktyabr ayının ikinci ongünlüyündən başlayaraq Zaqatala rayonu ərazisində qızılca xəstəliyinin yayılması müşahidə olunur.

Xəstəliyə Zaqatala şəhər və rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlindiyi bildirilir.

Məsələ ilə bağlı TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub:

“Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir.

Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Zaqatala rayonunda qızılcaya yoluxma tək-tək hallarda qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb:

"Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunublar. Hazırda rayonda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Ən çox oxunanalar