Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşağın peşə seçiminə valideynlər necə kömək etməlidirlər?

Yeniyetmə üçün öz müqəddəratını təyinetmə dövrü - çox çətin zamandır, çünki uşaq öz taleyini təhlil edir və düşünür...

Bu barədə rusiyalı yeniyetmə və ailə psixoloqu İrina Qrişina valideynlərin yeniyetmənin gələcək peşəsini seçməsinə necə kömək edə biləcəyi barədə danışarkən bildirib.

Onun sözlərinə görə, valideynlər övladını peşə seçməyə həvəsləndirməyə çalışarkən həm ona kömək edə, həm də əksinə, həvəsdən sala bilər.

Mütəxəssis bildirib ki, uşağın peşə seçimi prosesində iştirakını təşviq etmək üçün valideyn həm xarici, həm də daxili motivasiyanın inkişafı üçün şərait yaratmalıdır.

“İlk növbədə, yeniyetmənin müstəqilliyini tanımaq, ardınca isə onu inkişaf etdirmək vacibdir. Bunun üçün ona yaş keçdikcə ailədə və öz həyatını planlaşdırmaqda rolunun necə dəyişdiyi izah edilməlidir. Valideynlərin ona özü üçün seçim etmək imkanı verməsi vacibdir, bu zaman manipulyasiyadan çəkinilməlidir. Valideyn dəstəkləyici mövqe tutsa, o, bir çox mənfi nəticələrdən - uşaq üçün maraqlı olmayacaq təhsil, bu təhsilə və repetitorlara faydasız maliyyə xərcləri, uşaq tərəfindən məzəmmət və təhqirlərdən qaça biləcək”, - deyə psixoloq bildirib.

İ.Qrişina həmçinin yeniyetməyə müxtəlif peşələrin nümayəndələri ilə tanış etmək və ya praktik təcrübə qazanmağa təşviq etməklə kömək etməyin mümkün olduğunu bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar