Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neftçi”nin futbolçusu: “Sabah”la oyunda meydana üç xal üçün çıxacağıq”

“Meydana üç xal üçün çıxacağıq”.

“Report” xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Rəhman Hacıyev “Sabah”a qarşı keçirəcəkləri Premyer Liqanın XI turunun oyunu ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi komandada hər şeyin qaydasında olduğunu bildirib:

“Səbail”ə qarşı sonuncu matçda qələbə qazandıq. Bizi növbəti çətin qarşılaşma gözləyir. Çox yaxşı hazırlaşırıq. Hər görüş vacibdir”.

Hacıyev üç mövqedə çıxış edə bildiyini söyləyib:

“Baş məşqçi harada şans versə, daha yaxşısını etməyə çalışıram. Məncə, oyunum sağ cinahda daha yaxşı alınır. Növbəti görüşdə iştirak etsəm, qələbə üçün nəsə etməyə çalışacağam”.

O, “Sabah”ın üç gün əvvəl “Sumqayıt”la II turdan təxirə salınmış oyunda iştirak etməsinə toxunub:

“Rəqib yorğun ola bilər. Amma biz öz oyunumuzu düşünməliyik və qələbə qazanmalıyıq”.

Qeyd edək ki, oktyabrın 29-da “Neftçi Arena”da reallaşacaq “Neftçi” - “Sabah” matçı saat 18:30-da start götürəcək.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Ən çox oxunanalar