Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Parlamenti ruslar üçün “demokraiya pasportlarının” tətbiqini təklif edib

Zaxarova Avropa İttifaqından “demokratiya pasportu” almağı xəyanətlə müqayisə edib...

Poliqon xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Avropa Parlamentinin Rusiyada mühacirətdə olan demokratik müxalifət nümayəndələrinə və vətəndaş cəmiyyəti fəallarına verilməsi planlaşdırılan “demokratiya pasportları”nın təqdim edilməsi təklifini şərh edib.

Xanım Zaxarova “demokratiya pasportları” ilə nasistlərin Almaniyadan kənarda yaşayan almanlara vətəndaşlıq verən (Folkslistlər) pasportlarla müqayisə edib və SSRİ-də “folkslistlər”in xəyanətkar olarq qəbul edildiklərini xatırladıb.

Avropa Parlamenti “yaxşı ruslar üçün pasportların” tətbiqini təklif edib. Yəni Rusiyadan qaçanların hamısına Brüssel “demokratiyanın kiçik köməkçiləri” kimi pasportlar verəcək. Düşünürəm ki, qanunvericilərimiz Avropa Parlamentininbu təklifi təsdiq edəcəyi təqdirdə mümkün reaksiyanı verməlidirlər”, deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Telegram kanalıda yazıb.

Qeyd edək ki, “folkslist” pasportu nasist Almaniyasının hakimiyyət orqanları tərəfindən naturalizasiya prosesindən keçmiş etnik almanlara verilən və həm pasport, həm də “mənşə təmizliyi” sertifikatı rolunu oynayan xüsusi sənəd idi.

“Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının lideri Sergey Mironov isə “demokratiya pasportu” əldə edənləri Rusiya vətəndaşlığından məhrum etməyi təklif edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Ən çox oxunanalar