Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sky News: İsrailin Qəzzanı işğal etməsi bütün maneələrə baxmayaraq qaçılmazdır

Havadan bombardmanlarla bağlı beynəlxalq təzyiqlərə və HƏMAS terrorçuları tərəfindən saxlanılan girovların taleyi ilə bağlı qorxulara baxmayaraq, İsrailin Qəzzaya qurudan müdaxiləsi çox güman tezliklə baş verəcək...

Poliqon xəbər verir ki, bunu Sky News telekanalı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu televiziya ilə xalqa müraciət edərək Qəzzada yerləşən HƏMAS silahlı qruplaşmasını “məhv edəcəyini” və 200-dən çox girovun geri qaytarılmasını təmin edəcəyini vəd etmişdi.

“İsrailin baş naziri HƏMAS-a qarşı müharibədə güc və qətiyyət nümayiş etdirməli olduğunu bilir, lakin onun qarşısında duran hər seçim təhlükə ilə doludur”, deyə Sky News qeyd edir.

Kanal bildiri ki, İsrail rəhbərliyinə inam artıq onun təhlükəsizlik xidmətlərinin HƏMAS hücumunun qarşısını ala bilməməsi səbəbindən xeyli dərəcədə sarsılıb. İsrail həmçinin minlərlə dinc sakinin ölümünə səbəb olan Qəzza zolağındakı HƏMAS-ın hədəflərinin havadan bombardmanını dayandırmaq üçün artan beynəlxalq təzyiqlərlə üzləşir.

İranın başçılıq etdiyi İsrailin regional opponentləri xəbərdarlıq ediblər ki, Qəzzaya quru işğalı İsrail və HƏMAS arasındakı böhranı regional müharibəyə çevirə biləcək reaksiyaya səbəb olacaq.

Hərbi hesablamalarda bəziləri əcnəbi olan girovların taleyi də rol oynayacaq.

“İsrailin quru qoşunlarını göndərmək üçün hər hansı bir addımı girovları güc yolu ilə uğurla xilas edə bilməsələr, onları daha böyük zərər riski ilə üz-üzə qoyacaq. Bu o deməkdir ki, ABŞ və Fransa da daxil olmaqla vətəndaşları əsirlər arasında olan ölkələr quru müharibəsi başlamazdan əvvəl girovlarla qarşıdurmanı həll etmək üçün danışıqlara imkan verməyə çalışmağın vacibliyini çox yaxşı başa düşəcəklər”, deyə telekanal qeyd edib.

Üstəlik, HƏMAS hücumlarına cavab olaraq İsrailin işğalını gözləyirdi və şübhəsiz ki, buna hazırlaşırdı: “Lakin bütün bu mülahizələr İsrailin HƏMAS üzərində qələbəsini qrupun tamamilə məhv edilməsi kimi müəyyən etməsi ilə kölgədə qalır - bu, Qəzza zolağına quru qoşunlarının yerləşdirilməsini tələb edəcək”.

Qeyd olunur ki, minlərlə İsrail əsgəri bir neçə gündür Qəzza zolağı ilə sərhəd yaxınlığında cəmləşib. Komandirlər döyüş qabiliyyətini azaltmadan bu qədər qoşunu qeyri-müəyyən müddətə belə yüksək hazırlıq səviyyəsində saxlaya bilməz. Bu o deməkdir ki, bütün maneələrə baxmayaraq, yerüstü hücum qaçılmaz olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Ən çox oxunanalar