Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşada parlament seçkiləri keçirilir

Bu gün Polşada parlament seçkiləri keçirilir...

APA-nın xəbərinə görə, parlamentin aşağı palatasına – Seymə 460 deputat, parlamentin yuxarı palatasına isə 100 senator seçilməlidir.

Ölkədə 30 milyon seçici 31 497 seçki məntəqəsində səs verə bilər. Xarici ölkələrdə isə 417 seçki məntəqəsi açılıb.

Seymdə 460 yer uğrunda 655 namizəd, 100 senator postu uğrunda 360 namizəd mübarizə aparır. Seymə seçkilər proporsional əsasda keçirilir. Senatorlar isə majoritar qaydada seçiləcək.

Sosioloji sorğulara əsasən, Baş nazirin müavini Yaroslav Kaçinskinin rəhbərlik etdiyi hakim mühafizəkar Hüquq və Ədalət Partiyası 34 faiz səslə sabiq baş nazir Donald Tuskun rəhbərlik etdiyi müxalif liberal mühafizəkar Vətəndaş Platforması Partiyasını cüzi səslə qabaqlayır.

Vətəndaş Platforması Partiyasının 32 faiz səs toplayacağı proqnozlaşdırılır. Bu iki partiyadan hər hansı seçkidə qalib gələrsə, hökumət formalaşdırmaq üçün koalisiyaya tərəfdaş axtarmalı olacaq. Hüquq və Ədalət Partiyasının koalisiyada tərəfdaşının radikal sağ Konfederasiya Partiyası olacağı gözlənilir. Bu partiya Ukraynaya yardımın dayandırılmasını tələb edir. Digər tərəfdən, hazırda Hüquq və Ədalət Partiyası uzun illərdir ki, məhkəmə sistemində islahatlar səbəbindən Brüssel ilə qarşıdurmadadır. Bundan əlavə, hakim partiyanın seçki kampaniyası anti-Almaniya çalarları ilə də diqqət çəkir.

ABŞAvropa İttifaqı ilə yaxınlaşmanın tərəfdarı olan Donald Tuskun partiyası isə ölkənin ödəniş vasitəsi kimi avroya keçəcəyini, 12 həftəliyə qədər abortları və eynicinslilərin evliliyini leqallaşdıracağını vəd edir.

Ekspertlərə görə, həm Donald Tusk, həm də Yaroslav Kaçinski üçün parlament seçkilərində məğlubiyyət siyasi karyeralarının başa çatması anlamına gələcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay