Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib - Fotolar

Nəsimi rayonunda Ağsaqqallar Şurasının “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” adlı geniş tərkibdə hesabat yığıncağı keçirilib...

Poliqon xəbər verir ki, yığıncaqda Nəsimi RİH başçısı Asif Əsgərov, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski və rayon ictimaiyyəti iştirak edib.

Ağsaqqallar Şurasının sədri Eldar Quliyev ağsaqqal hərakatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb. O, ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhalinin, xüsusilə də gənclər arasında maarifləndirmə işinin aparılmasının zəruriliyini və rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirakını qeyd edib.

Nəsimi RİH başçısı Asif Əsgərov ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Xüsusi vurğulayıb ki, Azərbaycan xalqı bu il özünün dahi lideri və xilaskar oğlu, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edir. Bu münasibətlə ölkə Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması bu il xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm vermiş oldu.

O qeyd edib ki, Prezident İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Bu günlərdə dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olan İlham Əliyevin tarixi missiyanın ən parlaq məqamlarından biri Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin olunması idi.

RİH başçısı bildirib ki, şanlı ordumuz 44 günlük müharibədən sonra da Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alıb, antiterror tədbirləri zamanı hərbçilərimiz həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdiriblər. Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa olundu.

Yığıncağın gündəliyinə əsasən rayon Ağsaqqallar Şurasının idarə heyətinin yeni tərkibi, şura sədri və sədr müavinin səsverməsi keçirilib. Vaqif Şadlinski yenidən rayon Ağsaqqallar Şurasının sədri, Xalid Kərimov birinci müavin, İmamverdi Həmidov isə müavin seçilərək, səsvermə yekdilliklə qəbul olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

“WhatsApp”dan yeni funksiya: istifadəçilərin həyatını asanlaşdıracaq

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Ən çox oxunanalar