Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - Yenilənib

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olan hərbçi Yusif Məmmədrza oğlu Xəlilov dəfn edilib...

"Report"un Cənub bürosunun məlumatına görə, mərasimdə yaylım atəşi açılıb, daha sonra şəhid Lənkəran rayonunun Veravul kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rəsmilərlə yanaşı, rayon sakinləri, qazilər, müharibə iştirakçıları və şəhidin doğmaları iştirak ediblər.

Bildirilib ki, Y.Xəlilov həm də 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və yaralanıb.

Mərasimdə şəhidlərimizin qanının yerdə qalmadığı, bu günə qədər xalqımıza qarşı mənfur düşmənin törətdiyi heç bir cinayətin cavabsız qalmayacağı, hər bir caninin haqq etdiyi cəzasını alacağına əminlik qeyd edilib.

Şəhidin tabutuna bükülən Dövlət Bayrağı onun ailə üzvlərinə təqdim olunub.

***

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olan hərbçi Yusif Məmmədrza oğlu Xəlilovla Lənkəran rayonunda vida mərasimi keçirilib.

“Report”un Cənub bürosunun məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), tank komandiri gizir Y.Xəlilovun cənazəsi doğulduğu Veravul kəndinə gətirilib.

Şəhidin doğulduğu evdə onunla vida mərasimi keçirilib.

Mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanları əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Üçrəngli bayrağa bükülən tabutu önündə şəhidin ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid gizir Yusif Məmmədrza oğlu Xəlilov 1983-cü ildə Lənkəran rayonunun Veravul kəndində doğulub. 18 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Birgünlük antiterror tədbirləri zamanı şəhid olan və kimliyi sonradan müəyyənləşdirilən 6 hərbçidən biridir.

O, ailəlidir, iki qız övladı var.

Xatırladaq ki, sentyabrın 19-da Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub.

Fotolar

Poliqon.info

 

 

 

 

 


Etiket: şəhid dəfn


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay