Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saçlarınızın tökülməsi bu 5 xəstəlikdən xəbər verir

İnsanın xarici görünüşü həm də daxili orqanlarının təzahürüdür. İndi saçları sağlam insan çətin tapılar. Saçlarınızın durumuna baxıb, hansı xəstəlikdən əziyyət çəkdiyinizi bilmək mümkündür.

Poliqon.info medicina.az-a istinadən bildirir ki, həmin 5 xəstəliyi təqdim edir:

1. Qalxanvari vəz, zob, hormonal pozulma

Normada insan sutka ərzində 100 saç tükü itirə bilər. Hər bir tükün öz ömür dövrü var və bir müddət sonra o ölür. Əgər daraqda tək-tük saç əvəzinə, bir ovuc tük qalırsa, yer-göy sizin saçlarınızdırsa, bu ilk növbədə qalxanvari vəzin disfunksiyasından xəbər verir.

Hormonlar saçları idarə edir, əgər onlar normadan az və ya çoxdursa, saçların ömrü qısalır

2. Şəkərli diabet

İnsulin rezisdentliyi, qanda qlükoza artması bütün bədəndə xırda damarları, kapilyarları zədələyir. Bütün orqan və sistemlərin işinə mənfi təsir edən diabet baş dərisindəki damarları da zədələyir, nəticədə saç follikulları yaxşı qidalanmır, tökülmə və keçəlləşmə qaçılmaz olur.

3. Qan azlığı

Dəmir defisitli anemiya da saç tökülməsinin səbəbidir. Bu xəstəlik zamanı saç follikullarına qanla birgə oksigen yaxşı çatmır.

Oksigen aclığı birinci növbədə artıq orqanları qansız qoyur. Bu da saçlardır. Orqanizm saçları lazımsız hesab etdiyi üçün onların tökülməsi ilə barışır.

4. Kəskin avitaminoz

Həyati vacib D, A, E, C vitaminlərinin defisiti saç hüceyrələrinin bölünüb artması üçün vacibdir. Saçların çıxması və uzanmasını stimulə etmək üçün vitamin mütləqdir.

5. Həzm pozulması

İstənilən mədə-bağırsaq xəstəliyi qida ilə bədənə vacib elementlərin sovrulmasını azaldır, pozur. Eyni zamanda bağırsaqlar yaxşı işləmədikdə, orqanizmin intoksikasiyası baş verir. Bütün bunlar yenə də saçlara mənfi təsir edir. Həkimlər mədə-bağırsaq xəstələrinin saçlarının çox pis olduğunu bildirir.

Saçlarınızın cansızlığı, tökülməsi ciddi siqnaldır və siz maska, şampun yox, daxiıdəki problemi axtarmalısız.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar