Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalıya qayıdış üçün hazırlıq işlərinə başlanılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalıdan məcburi köçkün düşmüş sakinlərin bir qrupu ilə görüşüb....

 

Dövlət Komitəsindən Poliqon-a verilən məlumata görə, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən və bu günlər Qarabağ iqtisadi rayonu ərazisində aparılan 1 günlük lokal antiterror tədbirlərindən sonra yaranan vəziyyət, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, doğma torpaqlara geri dönüşün gedişi və perspektivləri barədə danışılıb.

Antiterror tədbirləri nəticəsində separatçı dəstənin və onun yaratdığı qeyri-qanuni qurumun iflasa uğraması, bölgədə sülh və əmin-amanlıq üçün zəruri şəraitin yaradılması dərin məmnunluq hissi ilə qeyd edilib və bu tarixi nailiyyətə görə Prezident İlham Əliyevə təşəkkür bildirilib, torpaqlarımızın işğaldan azad edilməsi, həmin ərazilərdə dövlətimizin suverenleyinin tam edilməsi uğrunda canından keçən şəhidlərin, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Xalqımıza qarşı ağır cinayətlər törətmiş, Xocalı sakinlərini soyqırımına məruz qoymuş erməni quldurlarının tutulub ədalət mühakiməsinə verilməsi istiqamətində müvafiq dövlət qurumlarının zəruri tədbirlər həyata keçirdiyi vurğulanıb, amansız canilərin mütləq məsuliyyətə cəlb edilərək cəzalandırılacaqlarına inam ifadə olunub.

Məcburi köçkünlük dövründə dövlətdən daim diqqət və qayğı görən Xocalı sakinləri Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səmimi münasibətini və şəxsi dəstəyini yüksək dəyərləndiriblər. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərin dirçəlişi, bərpası və yenidən qurulması, Böyük Qayıdış proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsi, indi isə Xocalının da bərpasına və azərbaycanlı əhalinin ora geri dönüş imkanının yaranması böyük ruh yüksəkliyi doğurur.

Dövlət Komitəsinin sədri işğaldan azad edilmiş digər ərazilər kimi Xocalı rayonuna da qayıdışın səmərəli şəkildə təşkil olunması üçün başlanmış hazırlıq işləri, bununla bağlı dövlətimizin verdiyi tapşırıqlar barədə görüş iştirakçılarına ətraflı məlumat verib, onların fikir və mülahizələrini dinləyib, suallarını cavablandırıb.

Görüşdə Xocalının məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar, həmçinin Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay