Sentyabrın 25-də axşam saatlarından başlayaraq və sentyabrın 26-da gün ərzində Bakının Suraxanı rayonunun Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq...
Bu barədə Poliqon-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, içməli suyun verilməsində fasilənin yaranması su kəmərində təmir-bərpa işlərinin aparılması ilə bağlıdır.
Poliqon.info