Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşar Güler Qarabağdakı vəziyyət barədə: “Bölgədəki mənzərə bir gündə dəyişdi”

“Qarabağda 44 gün ərzində başa çatan antiterror tədbirlərin sonunda Ermənistan atəşkəs sazişini imzaladı. İmzaladığınız saziş var və onun şərtlərinə əməl etmək məcburiyyətindəsiniz. Bunların hamısı qanla yazılıb, şəhidlər verilib, qazilərimiz var və nəticədə bir saziş var. İndi “Mən əməl etmirəm, Zəngəzur dəhlizini açmayacağam” bəhanələri necə məqbul sayıla bilər?”

Bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milliyət”ə müsahibəsində deyib.

“Burada yerləşən mədənlər qeyri-qanuni şəkildə istismar edilir. Bunların hamısı azərbaycanlı qardaşlarımızın milli dəyərləridir. Bunlar oradakı insanlara məxsusdur. Amma onlar heç bir xəbərdarlığa qulaq asmadılar, uzun müddətdir ki, problemlər yaradır, yolları bağlayırlar. Son 10-15 günə baxın, hər gün xəbərdarlıqlar olunur, imzalanan sülh müqaviləsini tətbiq edək deyilir. Amma heç nə dəyişmədi və sonda 44 günlük əməliyyatın başlanğıcında olduğu kimi, azərbaycanlı qardaşlarımız onlara lazımi şəkildə cavab verdilər”, - deyə Yaşar Güler bildirib.

Güler qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində bölgədəki mənzərə bir gündə dəyişib.
“Bir günlük müddət başa çatdıqda təslim olduqlarını, bütün silahlarını təhvil verəcəklərini və bölgədən gedəcəklərini dedilər. Rusiya da verdiyi bəyanatda oradakı bütün torpaqların Azərbaycana məxsus olduğunu bildirdi.

İndi Paşinyan ordakılarla hər hansı bir əlaqələrinin olmadığı barədə bəyanat verir. Bəs sizin əlaqəniz yoxdursa, onları kim dəstəkləyir? İnşallah, bu yaşananlar qarşımızdakı uzunmüddətli sülhə doğru bir addım olar. Xüsusilə də Ermənistan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirər və sülh müqaviləsindəki maddələr də tez bir zamanda tətbiq edilər. Bölgəyə tam şəkildə sülh və əmin-amanlıq mühiti gətirilmiş olar...”, - deyə Güler əlavə edib.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay