Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinin açılış mərasimi keçirilib - Yenilənib

Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcib...

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə Böyük Dəbilqə turnirinin açılış mərasimi keçirilib.

“Report”un məlumatına görə, tədbir yarışın təşkil olunduğu Milli Gimnastika Arenasında baş tutub.

Mərasimdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot, həmçinin, digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq turnirlə bağlı hazırlanan videoçarx təqdim edilib.

Ardından çıxış edən Mariana Vasileva Azərbaycanda idmanın inkişafından, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısından bəhs edib: “Azərbaycan Cüdo Federasiyası öz işini mərahətlə görür. Artıq ölkənin regionlarında cüdo sürətlə inkişaf edir. Bakıdakı Böyük Dəbilqəyə də dünyanın 61 ölkəsinin idmançısı qatılıb. Onlara uğurlar arzulayıram”.

Daha sonra nitq bildirən Rəşad Nəbiyev turnirin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmasının onlar üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb: “Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında müstəsna rol oynayır. Biz də ölkəmizdə cüdonun inkişafı üçün əlimizdən gələni edirik. Bu il müxtəlif yaş qrupundan olan cüdoçularımız beynəlxalq yarışlarda uğurla çıxış ediblər”.

Laslo Tot isə fikirlərini bildirdikdən sonra yarışı açıq elan edib: “Mükəmməl təşkilatçılığa görə, Azərbaycan Cüdo Federasiyasına, həmçinin, Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, tədbir uğurla həyata keçiriləcək”.

Sonda Azərbaycan Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.

Qeyd edək ki, Böyük Dəbilqə turnirində 61 ölkənin 446 (264-ü kişi, 182-si qadın) idmançısı iştirak edir. Azərbaycan millisi yarışa 26 kişi, 7 qadın cüdoçu ilə qatılıb.

***

İlk gündə kişilər iki, qadınlar isə üç çəki dərəcəsində mübarizə aparacaqlar.

Azərbaycan millisinin 13 idmançısı bu gün çıxış edəcək. Onlardan səkkizi kişi, beşi isə qadın cüdoçulardır.

Kişilər

60 kq

Balabəy Ağayev - Lukhumi Çkvimiani (Gürcüstan)
Əhməd Yusifov - Jorre Verstraeten (Belçika)
Rövşən Əliyev - Lior Rafailov (İsrail)
Nazir Talıbov - Giorgi Sardalaşvili (Gürcüstan)

66 kq

Qasım Vəlizadə - Antoni De Angelis (Latviya)
Yaşar Nəcəfov - Yermek Amangeldi (Qazaxıstan)
Rəşad Yelkiyev - Lukas Saha (Finlandiya)/Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi
Ruslan Paşayev - Tal Fliçer (İsrail)

Qadınlar
48 kq

Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya)
Şəfəq Həmidova - Meri de Varqas (Çili)
Leyla Əliyeva - Tamar Malca (İsrail)

52 kq

Gültac Məmmədəliyeva - Joana Dioqo (Portuqaliya)

57 kq

Nərgiz Hacıyeva - Timna Nelson Levi (İsrail)

Qeyd edək ki, Böyük Dəbilqə turniri sentyabrın 24-də başa çatacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay