Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ermənistana qarşı arbitraj prosesinə başlayıb

"Azərbaycan Ermənistana qarşı arbitraj prosesinə başlayıb"...

"Report" xəbər verir ki, bunu 14-16 sentyabr tarixlərində Qırğız Respublikasının Ali Məhkəməsi və Hakimlər Assosiasiyası tərəfindən “Ekologiya sahəsində ədalət mühakiməsinə çatımlıq” mövzusunda hakimlərin beynəlxalq konfransında Azərbaycan Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov deyib.

Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən konfransda Azərbaycanı təmsil ediən Ç.Əsgərov çıxışında Azərbaycanda ətraf mühitin müdafiəsi sahəsində görülən işlər və ölkəmizdə bu istiqamətdə məhkəmə təcrübəsi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası tətbiq edilir ki, bu da ekoloji baxımdan böyük əhəmiyyətə malikdir.

Ali Məhkəmənin sədr müavini Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycan təbiətinə vurulmuş ekoloji ziyanın araşdırılması prosesinin davam etdiyini və Bern Konvensiyasının qaydalarına uyğun olaraq ətraf mühitin geniş miqyasda məhv edilməsinə görə Azərbaycan tərəfindən Ermənistana qarşı arbitraj prosesinə başlandığını diqqətə çatdırıb.

Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “yaşıl enerji” siyasətinə uyğun atılan addımlar və bu təşəbbüsün dünya birliyi üçün önəminə də toxunulub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay