Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaçmazda körpü dağılıb, əraziyə dövlət rəsmiləri gəlib - Yenilənib, Foto, Video

Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsü uçub...

Qudyalçayın Xaçmaz şəhərindən keçən hissəsində avtomobil körpüsünün dağılması ilə əlaqədar əraziyə dövlət rəsmiləri gəlib.

"Report"un Şimal bürosunun məlumatına görə, Gəndob-Xaçmaz -Yalama avtomobil yolunun 26-cı km-də, Xaçmaz şəhərinin mərkəzindən keçən körpünün dağıldığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və digər qurumların rəsmiləri baş çəkiblər.

Sözügedən ərazidə olan AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, sel suları nəticəsində 3 aşırımlı avtomobil körpüsünün iki aşırım hissəsi dağılıb: "Körpünün çökməsinə sel sularının dayaq sütunlarını dağıtması olub. Qısa müddət ərzində körpü bərpa olunacaq. Artıq lazımi tapşırıqlar verilib. Günün ikinci yarısında zəruri texnikalar əraziyə gətiriləcək. Gediş-gəliş qısa müddətdə təmin olunacaq. Hazırda avtomobillər alternativ olaraq Qımılqışlaq kənd yolundan istifadə edirlər".

***

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, hadisədən dərhal sonra əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır. Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər.

***

APA-nın verdiyi məlumata görə, Qudyalçayın üzərində yerləşən körpünün uçması nəticəsində bir minik maşını çaya düşüb, xəsarət alanlar var.

Xudat istiqamətində avtomobillərin hərəkəti məhdudlaşıb.

Poliqon.info


Etiket: körpü maşın çay


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay