Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ daxili siyasi mübarizəyə rəğmən Ukraynaya maliyyə yardımını artıracaq

ABŞ-ın maliyyə naziri Canet Yellen Ukraynaya maliyyə yardımını artıracağına söz verib...

Poliqon "Bloomberg"ə istinadən xəbər verir ki, Yellen partiyalararası mübarizəyə baxmayaraq, bu səylərin ABŞ Konqresi tərəfindən dəstəklənəcəyinə əmindir.

Nazir qeyd edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı G20 çərçivəsində razılığın əldə olunması çətin proses olaraq qalır.

"Biz həmçinin Ukraynanı dəstəkləməyə sadiqik və bu yaxınlarda əlavə maliyyə tələbi təqdim etmişik. Mən Konqresin hər iki palatasının Ukraynanı dəstəkləməsindən məmnunam və əminəm ki, əlavə maliyyəni təmin edəcəyik", deyə Yellen bildirib.

Bu arada, Nümayəndələr Palatasının spikeri Kevin Makkarti prezident Co Baydenin Ukraynaya 24 milyard dollar fövqəladə maliyyə vəsaiti tələbini oktyabrın 1-dən sonra ABŞ hökumətinin əməliyyatlarını maliyyələşdirmək üçün qəbul edilməli olan qanun layihəsinə daxil etməyi planlaşdırmır. O, fikrini yalnız Demokratlar şiddətlə qarşı çıxdıqları immiqrasiya və sığınacaq siyasəti ilə bağlı fikirlərini dəyişəcəkləri halda möqeyinə yenidən baxacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Ən çox oxunanalar