Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artisti Səyavuş Aslanın doğum günüdür

Bu gün Xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Aslanın doğum günüdür...

Xatırladaq ki, Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Səyavuş Məmmədağa oğlu Aslanov 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb.

1947-53-cü illərdə aktyor Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib.

Yaradıcılığa 1954-cü ildə başlayan sənətkar musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

1959-cu ildə Bakıya qayıdan Səyavuş Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun “Toy kimindir?” tamaşasında “Qoşun” rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir. Daha sonra teatrda maraqlı və yaddaqalan obrazlar canlandırır.

Bu tamaşalara “Bayram” (“Kəndimizin mahnısı”, Kərim Kərimov), “İbişov” (“Özümüz bilərik”, Şıxəli Qurbanov), “Dadaşbala” (“Hicran”, Sabit Rəhman), “Qəmzəli” (“Qaçırılmış qız”, Cahangir Məmmədov) və başqalarını aid etmək olar.

O, uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri olaraq çalışıb. 1994-96-cı illərdə həmin teatrın bədii rəhbəri işləyib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı fəaliyyətinə görə 1974-cü ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 1982-ci ildə “Xalq artisti” fəxri adları ilə təltif olunub. Aktyor Prezident təqaüdçüsü olub.

1995-ci ildə “Şöhrət” ordeni ilə və 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.

Səyavuş Aslan ağır xəstəlikdən sonra 2013-cü ildə Bakıda vəfat edib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.

Poliqon.info


Etiket: Səyavuş Aslan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar