Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“TEXNOFEST"in Azərbaycanda daimi keçirilməsi üçün layihə hazırlanır

Bunu "Furqanoğlu Dəmir Yumruq" stendinin Türkiyə təmsilçisi Melih Erdem deyib...

Azərbaycanın elm və texnologiyalar sahəsində istedadlı gəncləri çoxdur”.

Bunu "Report"n Ankara bürosuna “TEXNOFEST” festivalında "Furqanoğlu Dəmir Yumruq" stendinin Türkiyə təmsilçisi Melih Erdem deyib.

Onun sözlərinə görə, Azərbaycandan “TEXNOFEST”ə böyük maraq var: "Bu il festivala 1 milyondan çox iştirakçı qatılıb. Türkiyədən sonra ən çox iştirakçı isə Azərbaycandandır. Texnologiya sahəsi ilə bağlı azərbaycanlı gənclər arasında istedadlılar çoxdur. İştirak üçün Azərbaycanın müxtəlif bölgələrindən müraciət edirlər, şərtlərlə maraqlanırlar. Məsələn, keçən il gənclərdən biri süni intellekt vasitəsilə işarə dili proqramı quraşdırıb. Mən onu çox bəyəndim. Digər bir gənc meşə yanğınlarını söndürmək üçün dron hazırlayıb. Başqa biri isə dəniz suyundan hidrogeni ayırıb yanacaq əldə edib. Robort it quraşdıranlar da var. Azərbaycanda həqiqətən yüksək səviyyəli proqramçı gənclər az deyil. Bu məni çox məmnun edir. Bu layihələrin təkrar tətbiqi üçün sərmayə qoyulsa, fikrimcə, daha böyük fayda əldə olunar”.

Melih Erdem

M.Erdem bildirib ki, iki il öncə Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri ilə əməkdaşlığa başlayıblar: “TEXNOEST” haqqında müəllim və tələbələrə məlumat verdik. Məlumatlarımız maraq doğurdu və əməkdaşlığa başladıq”.

Ekspert onu da əlavə edib ki, hazırda “TEXNOFEST"in Azərbaycanda daimi keçirilməsi üçün layihələr üzərində çalışırlar.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Payızda sürücülərin avtomobildə etdiyi 3 ümumi səhv

Ən çox oxunanalar