Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin Macarıstan səfəri... - İki ölkə arasındakı əsas prioritet istiqamətlər...

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfərə gedib...

Politoloq: “Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir”.

“İki ölkə münasibətlərində xüsusi yer tutan sahələrdən biri də şübhəsiz enerji sahəsidir. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verən ölkələrdəndir”.

Bu sözləri politoloq Turan Rzayev Prezident İlham Əliyevin Macarıstan səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfərə gedib. Bu, ölkə başçısının cari il ərzində Macarıstana ikinci, ümumilikdə isə 5-ci səfəridir. Dövlət başçısının Macarıstana sonuncu səfəri bu il yanvarın 29-30-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə baş tutub.

Bəs Azərbaycan və Macarıstan əlaqələrində əsas prioritet istiqamətlər hansılardır? Ümumiyyəlikdə, Prezidentin Macarıstan səfərini necə şərh etmək olar?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Həm siyasi, həm iqtisadi, həm də geosiyasi baxımdan rəsmi Bakı və Budapeşt bir-birinə yaxınlaşır”.

Ermənistan Fransanın vasitəsilə Aİ-nı Azərbaycana qarşı vaxtaşırı qətnamə, sənəd qəbul etdirməyə çalışdığını xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Macarıstanla münasibətlərin inkişafı həm də bu baxımdan vacibdir:

Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur. İki ölkə arasında ali səviyyədə dialoq mövcuddur.

Dostluq, əməkdaşlıqdan başqa Macarıstan Azərbaycanın strateji tərəfdaşı və NATO, Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Nəzərə alsaq ki, Ermənistan Fransanın vasitəsilə Aİ Azərbaycana qarşı vaxtaşırı qətnamə, sənəd qəbul etdirməyə çalışır. Macarıstanla münasibətlərin inkişafı həm də bu baxımdan vacibdir. Rəsmi Budapeşt dəfələrlə bənzər təşəbbüslərin qarşısını alıb veto hüququndan istifadə edib. Bundan başqa çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

Turan Rzayev: “Balkan yarımadasında yerləşən ölkələr Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya Bolqarıstanın ardınca Macarıstan da Azərbaycan qazına təlabatı artan ölkələrdəndir”.

İki ölkə münasibətlərində xüsusi yer tutan sahələrdən biri də şübhəsiz enerji sahəsidir. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verən ölkələrdəndir. Macarıstanın MVM CEEEnergy və Azərbaycanın SOCAR şirkətləri arasında bir çox müqavilə imzalanıb. Sonuncu müqavilə isə bu ilin iyunun 2-də imzalanıb. Macarıstan Azərbaycandan ildə 2 milyard kubmetr qaz idxal etmək niyyətindədir. Yunanıstan-Bolqarıstan İnternkonnektoru istifadəyə verildikdən sonra isə Azərbaycan qazı həm də Macarıstan vasitəsilə Avropaya qaz nəql edə biləcək.

Ümumilikdə, balkan yarımadasında yerləşən ölkələr Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya Bolqarıstanın ardınca Macarıstan da Azərbaycan qazına təlabatı artan ölkələrdəndir. Nəticə etibarilə həm siyasi, həm iqtisadi, həm də geosiyasi baxımdan rəsmi Bakı və Budapeşt bir-birinə yaxınlaşır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məşhur meyxanaçının evinə basqın edildi    

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Röyanın keçmiş əri tanınmaz hala düşüb... - Video

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

“Mazol”lardan necə qurtulmaq olar? - Evdə asan üsul

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay