Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın cəfəng bəyanatları və Qərbin maraqları...

Ermənistan iddia edir ki, Azərbaycan hərbçiləri Ermənistan ərazisində monitorinq aparan Aİ missiyasına atəş açıb...

Politoloq: “Ermənistan dövlətinin siyasəti başdan-ayağa təxribatçı siyasətdir və onlar qətiyyən sülh haqqında düşünmürlər”.

Ermənistan həm də çalışır beynəlxalq birliyi buna inanırsın ki, guya Ermənistanın Azərbaycana təpər göstərməyə gücü var və onlar yaxın zamanda nəysə edə bilərlər”.

Bu sözləri politoloq Tofiq Abbasov Azərbaycan hərbçilərinin Ermənistan ərazisində monitorinq aparan Aİ missiyasına atəş açmaları iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi bir neçə gündür ki, Ermənistan yeni dezinformasiya kampaniyasına başlayıb. Guya Azərbaycan hərbçiləri Ermənistan ərazisində monitorinq aparan Aİ missiyasına atəş açıb. Azərbaycanın tələbi ilə Aİ məsələyə münasibət bildirdi. Qurumun rəsmi səhifəsində ermənilərin dezinformasiyası təkzib edildi. Lakin, sonra Aİ-nin rəsmi səhifəsindən bu məlumat çıxarıldı.

Bu o demək deyilmi ki, Ermənistanın bu cür cəfəng və məsuliyyətsiz bəyanatları bir çox hallarda Qərbin də maraqlarına cavab verir?

Ermənistanın növbəti təxribatçı addımını Poliqon-un əməkdaşı politoloq Tofiq Abbasov ilə müzakirə edib.

Tofiq Abbasov: “Ermənistanın cılız məsələlərdən yapışıb tutması, haradasa bizi səhvlərə sövq etmək cəhdləri heç bir nəticə verməyəcək”.

Ermənistanın qalan resurslarını lazımsız yerlərə xərclədiyini bildirən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, ermənilər düşünür ki, guya ya zəlzələdən, ya vəlvələdən, ya da bir təsadüfdən nəsə dönüş yarada bilərlər və bundan da istifadə edə bilərlər:

Ermənistan dövlətinin siyasəti başdan-ayağa təxribatçı siyasətdir və onlar qətiyyən sülh haqqında düşünmürlər. Etdikləri işlər, tətbiq etdikləri addımlar, ölkəmizin ərazisinə diversantları göndərmələri, Qarabağda tərki-silah olmamış seperatçılara yenidən silah verib onları meydana atmaları və s. kimi əməllər bir şeyi göstərir ki, Ermənistan ilk növbədə revanş arzusu ilə yaşayır, bu ideyanı özündə bərk-bərk saxlayır. Ermənistan həm də çalışır beynəlxalq birliyi buna inanırsın ki, guya Ermənistanın Azərbaycana təpər göstərməyə gücü var və onlar yaxın zamanda nəysə edə bilərlər.

Digər tərəfdən Ermənistanın iki böyük arzusu var:

Birincisi, Ermənistan ərazisində yerləşən Avropa müşahidəçilərinə Azərbaycan tərəfindən hər hansı bir zərbə dəysin.

İkincisi isə, Qarabağ bölgəsində Rusiyanın sülhməramlı adı altında fəaliyyət göstərən hərbiçiləri ilə Azərbaycan hərbçilərini toqquşdurmaq.

Tofiq Abbasov: “Əgər ermənilərin azacıq ağlı varsa, gərək anlasınlar ki, bu illər ərzində Azərbaycan sadəcə Ermənistana və dünya ermənilərinə dərs verib”.

Bu iki arzu onların ürəyində hələ də yaşayır. Onlar ciddi cəhdlər çatacaqlar ki, bu iki istiqamətin heç olmasa birində nailiyyət qazansınlar. Əlbəttə ki, Ermənistanın bu planları haqqında həm Azərbaycanın silahlı qüvvələri, həm də siyasəti məlumatlıdır. Ümumiyyətlə, Azərbaycan tərəfi fakt üzrə sadəcə səhv etmədən səlis, düzgün çox ağıllı bir siyasət yeridir. Azərbaycan düşmənə heç bir şans vermir ki, onlar bizi nəyinsə üstündə tutsun və bizi ittiham etsinlər, bu ittihamları da tirajlayaraq xarici birliyə ünvanlasınlar.

Faktiki olaraq, Ermənistan müharibəni uduzduqdan sonra Azərbaycan onları dəvət etdi ki, gəlin sülh məsələsi üzərində kompromist axtaraq, insanların, nəsillərin gələcəyini düşünək. Amma onlar bizim təkliflərimizi, tələbələrimizi qulaq ardına vururdular və deyirdilər ki, istəsələr tanklarla Bakıya qədər gəlib çata bilərlər.

Tofiq Abbasov: “Ermənistan ilk növbədə revanş arzusu ilə yaşayır, bu ideyanı öz içlərində bərk-bərk saxlayırlar”.

İndi isə Ermənistanın cılız məsələlərdən yapışıb tutması, haradasa bizi səhvlərə sövq etmək cəhdləri heç bir nəticə verməyəcək. Ermənistan qalan resurslarını lazımsız yerlərə xərcləyirlər ki, düşünürlər ki, guya ya zəlzələdən, ya vəlvələdən, ya da bir təsadüfdən nəsə dönüş yarada bilərlər və bundan da istifadə edə bilərlər. Bu fikirlər, ideyalar, niyyətlər də çox əbəsdir. Heç bir nəticə verməyəcək.

Əgər ermənilərin azacıq ağlı varsa, gərək anlasınlar ki, bu illər ərzində Azərbaycan sadəcə Ermənistana və dünya ermənilərinə dərs verib. Amma görünür ki, heç biri də ağıl yoxdur. Ermənilər özləri özlərini çaşdırıb. Onlar yalanları, iftiraları dünyaya transformasiya etməkdən özləri də onlara inanırlar. Əgər belədirsə, onda biz onlara mane olmayaq. Səhv yolla nə qədər dərinə getsələr, bir o qədər də bizə yaxşıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Ən çox oxunanalar