Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda daha 6 faydalı qazıntı yatağı hərraca çıxarılır

Sentyabrın 27-də, saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə yerin təkindən istifadə ilə bağlı növbəti dəfə hərrac keçirəcək...

Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, hərracda Daşkəsən rayonundakı “Çovdar” keramika xammalı yatağı, Ağstafa rayonundakı “Yuxarı Salahlı” qum-çınqıl yatağı, Tovuz rayonundakı “Aşağı Zəyəmçay” qum-çınqıl yatağı, Şəmkir rayonundakı “Aşağı Zəyəmçay” qum-çınqıl yatağı, İmişli rayonundakı “İmişli” qum-çınqıl yatağı, İmişli rayonundakı “Bəhrəmtəpə I” qum-çınqıl yatağı satışa çıxarılacaq.

Başlanğıc qiyməti 3 000-36 260 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar lazımi sənədləri sentyabrın 20-si, saat 18:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər.

Hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% beh ödəmək istəyənlər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 A).

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Trampın seçilməsi niyə Azərbaycanın maraqlarına xidmət edir?

Ən çox oxunanalar