Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançıya yeni ittiham irəli sürülüb

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsində yeni ittiham irəli sürülüb...

“Report”un xəbərinə görə, o, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ittiham olunur.

Artıq cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fəhmin Hümbətovun icraatına verilib.

Məhkəmə iclası avqustun 24-nə təyin edilib.

Qeyd edək ki, bu il aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı M.Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

M.Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Poliqon.info


Etiket: idmançı ittiham


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Ərdoğan nazir və deputatlarla basketbol oynadı - Foto

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

Şuşada "Böyük Qayıdış: Qarabağ" filminin nümayişi baş tutub

Naftalanda bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozub

Ən çox oxunanalar