Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astarada ailə davası: Xəyanətə görə gəlin qayınanasını döydü

Astara rayonunda 1991-ci il təvəllüdlü Fəridə qayınanası Südabəyə (adlar şərti verilib – red.) xəsarət yetirib...

Demokrat.az xəbər verir ki, Fəridə qayınanasına xəsarət yetirdiyi üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.

Bundan başqa, Fəridənin əri, 1991-ci il təvəllüdlü Seymur da eyni maddə ilə ittiham olunub.

Seymur isə arvadı Fəridəni döyməkdə təqsirli bilinib. Ər-arvad barəsində olan inzibati işlər ayrı-ayrı icraatlarda araşdırılıb və Astara Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə təqsirli bilinən şəxs qismində ifadə verən Fəridə bildirib ki, 30 iyun 2023-cü ildə, saat 22:00-da Seymurun ona xəyanət etməsinə görə qayınanası Südabə ilə aralarında mübahisə baş verib:

“Məni əvvəl qayınanam ağacla vurdu, sonra isə ərim başımı divara vurdu, təpiklə ayaq və diz nahiyələrimə vuraraq, məni döydü. Mən də ağacla qayınanamı vurdum”.

İş üzrə zərərçəkmiş Südabə deyib ki, son vaxtlar gəlini ilə aralarında mübahisələr artıb.
Qeyd edib ki, aralarında yaranan gərginlik zamanı gəlini onu döyüb. Zərərçəkmişin ifadəsinə görə, o və oğlu gəlini döyməyiblər.

Təqsirli bilinən Seymur qeyd edib ki, son vaxtlar arvadı ilə aralarında olan münasibətləri gərginləşib:

“Buna görə aramızda tez-tez mübahisə baş verirdi. Hadisə günü, saat 22:00-da anam mənə zəng etdi. Evə gələndə anam ilə arvadımın mübahisə etdiklərini gördüm. Ancaq mən arvadımı vurmadım”.

Astara Rayon Məhkəməsinin qərarı ilə Seymur 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Fəridə isə 300 manat miqdarında cərimə olunub.

Poliqon.info


Etiket: ailə dava


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay