Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sudanda humanitar böhran böyüyür: 4 milyon məcburi köçkün olub, ölümlər çoxalır...

Davam edən münaqişə Sudanda 4 milyondan çox insanı məcburi köçkün vəziyyətinə salıb və bu, ölkədə sağlamlıq vəziyyətini pisləşdirib...

Poliqon xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Uilyam Spindler Cenevrə ofisinin həftəlik mətbuat konfransında bildirib.

Ordu ilə paramiliter Sürətli Dəstək Qüvvələri (HDK) arasındakı qarşıdurma səbəbindən aprelin 15-dən bəri Sudanda 4 milyondan çox insanın məcburi köçkün edildiyini ifadə edən Spindler sərhəd keçid məntəqələri və daxili tranzit mərkəzləri daxil sağlamlıq vəziyyətinin pisləşməsindən narahat olduqlarını deyib.

700 mindən çox insanın qonşu ölkələrə qaçdığını, 195 min cənubi sudanlının isə qarşıdurmalar səbəbindən geri qayıtmaq məcburiyyətində qaldığını qeyd edən BMT rəsmisi 3 milyondan çox insanın ölkə daxilində didərgin düşdüyünü vurğulayıb.

Sudanın mövcud humanitar yardım qaynaqlarından daha çoxuna ehtiyacı olduğunu vurğulayan Spindler Ağ Nil əyalətində zəruri dərman, personal və ləvazimat çatışmazlığının oradakı 10 qaçqın düşərgəsində sağlamlıq və qidalanma xidmətlərinə mane olduğunu ifadə edib.

"Psixi sağlamlıq və psixososial dəstək xidmətləri də yox dərəcəsindədir", deyən Spindler bir çox ailənin həftələrdir az qida və ya dərmanla hərəkətdə olduğunu, bunun da qidalanma nisbətlərini, epidemiyaları və əlaqəli ölümləri artırdığını bildirib.

"Mayın 15-dən iyulun 17-dək qızılca və qeyri-kafi qidalanma səbəbindən əksəriyyəti 5 yaşından aşağı uşaqların olduğu 300-dən çox ölüm qeydə alınıb. Həyatları xilas edən sağlamlıq proqramlarının maliyyələşdirilməsi gecikməyə davam edərsə, bu rəqəmlər çox böyük olacaq", deyə BMT nümayəndəsi bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay