Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistan hərbi PUA istehsalçılarına "Çin qadağası" qoydu...

Hindistan hərbi məlumatlarında təhlükəsizlik zəifliyi ilə bağlı artan narahatlıqlar fonunda son aylarda yerli hərbi pilotsuz təyyarə istehsalçılarına Çin istehsalı olan avadanlıq və komponentlərdən istifadə etməyi qadağan edib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Hindistanın Müdafiə və Hərbi Sənaye Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Hərəkət iki qonşu ölkə arasında gərginlik fonunda və Yeni Dehlinin Çinin istehsalında dünya lideri olan pilotsuz sistemlərin və digər avtonom platformaların daha geniş yerləşdirilməsini əhatə edən böyük hərbi modernləşdirmə kampaniyası həyata keçirdiyi bir vaxtda atılıb.

Hindistan rəhbərliyi Çin istehsalı olan rabitə qurğuları, kameralar, radio ötürücülər və əməliyyat proqram təminatı ilə dronların topladığı kəşfiyyat məlumatlarının dağıdılması ehtimalından narahatdır.

Fevral və mart aylarında pilotsuz təyyarələrin tender tələblərini müzakirə etmək üçün keçirilən iki görüşdə Hindistan hərbi rəsmiləri potensial iddiaçılara bildiriblər ki, əgər onların pilotsuz təyyarələri Hindistanla quru sərhədi olan ölkələrdən olan avadanlıq və komponentlərlə təchiz olunarsa, təhlükəsizlik səbəbi ilə tenderə buraxılmayacaqlar. Səbəb kimi belə avadanlığın “təhlükəsizlik boşluqlarına” malik olması və mühüm hərbi məlumatları istehsalçıya ötürə bilməsi göstərilib.

Yüksək səviyyəli məmur qonşu ölkələrə istinadın Çin olduğunu bildirib və əlavə edib ki, Hindistan sənayesi dünyanın ikinci ən böyük iqtisadiyyatından çox asılı vəziyyətə düşüb.

Hindistan 2023-24-cü illərdə hərbi modernləşdirmə üçün təxminən 20 milyard dollar ayırıb ki, bunun da 75%-i yerli sənaye üçün nəzərdə tutulub. Bununla belə, Çin ehtiyat hissələrinə qadağa Hindistanın hərbi pilotsuz uçan aparatlarının istehsalının maya dəyərini əhəmiyyətli dərəcədə artıracaq və istehsalçıları onlar üçün komponentləri başqa yerlərdə daha baha almağa məcbur edəcək.

Bundan əlavə, pilotsuz sistemlərin istehsalı üçün avadanlıq və komponentlərin qlobal bazarının 70%-i Çində istehsal olunduğundan, üçüncü ölkələrdə alınan avadanlıqların tərkibində Çin elementlərinin olması ehtimalı yüksəkdir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Ən çox oxunanalar