Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda növbəti təmizlik aksiyası keçirilib 

5 avqust 2023-cü il tarixində "Təmiz ölkəm" aksiyası çərçivəsində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü, Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Hacıqabul gölünün Şirvan şəhər ərazisində təmizlik aksiyası keçirilib...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin və məsul əməkdaşlarının, şəhər könüllülərinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin, şəhərin kommunal-təsərrüfat və xidmət sahələrinin və digər qurumların iştirak etdiyi aksiyada uzunluğu 1 km, sahəsi 3 ha ərazidə atılmış ümumi həcmi 835 kq məişət tullantıları, xüsusilə də, plastik qablar, polietilen torbalar təmizlənərək zərərsizləşdirilməsi üçün şəhər məişət tullantıları poliqonuna daşınıb. Ümumilikdə 110 nəfərin iştirak etdiyi aksiyada iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri aparılmışdır. Hər kəsi təbiətimizə qayğıyla yanaşmağa və onu təmiz saxlamağa dəvət edirik. Gəlin gələcək nəsillərə sağlam həyat, təmiz ətraf mühit bəxş edək!

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar