Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özbəkistanın baş naziri azərbaycanlı həmkarını ölkəsinə rəsmi səfərə dəvət edib

Özbəkistanın Baş naziri Abdulla Aripov Baş nazir Əli Əsədovu ölkəsinə rəsmi səfərə dəvət edib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, cari ilin 18-19 iyul tarixlərində Azərbaycanda rəsmi səfərdə olan Özbəkistanın Baş naziri Abdulla Aripov Baş nazir Əli Əsədova məktub ünvanlayıb.

Məktubda qeyd edilib ki, səfər zamanı Özbəkistan nümayəndə heyəti uğurla həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycan Respublikasının bütün sahələrdə inkişaf etdiyinin şahidi olub.

Azərbaycan Prezidentİlham Əliyevlə keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan dostluğun və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və daha yüksək səviyyəyə çatdırılması ilə bağlı Azərbaycan və Özbəkistan liderlərinin yüksək əzmkarlığının hiss olunduğu vurğulanıb.

 
Bildirilib ki, Bakı şəhərində yüksək səviyyədə təşkil olunmuş tədbirlər, gündəlikdə duran aktual məsələlər, aparılmış açıq və səmimi danışıqlar Azərbaycanla Özbəkistan arasında çoxplanlı qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafına xidmət edəcəkdir.

Nəqliyyat və logistika, energetika, sənaye kooperasiyası, kənd təsərrüfatı, mədəni-humanitar əməkdaşlıq və digər sahələrdə əldə edilmiş razılıqların iki qardaş xalqın rifahı naminə ardıcıl həyata keçiriləcəyinə əminlik ifadə olunub.

Səfər çərçivəsində Füzuli şəhərində aparılan tikinti işləri ilə də tanış olduqlarını qeyd edən Özbəkistanın baş naziri bu şəhərin yaxın illərdə Azərbaycanın ən maraqlı və gözəl yerlərindən birinə çevriləcəyini bildirib.

A.Aripov həmçinin Azərbaycanın baş nazirini Özbəkistana rəsmi səfərə dəvət edib.

Poliqon.info 


Etiket: Səfər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay