Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı Payızı" 35 ildən sonra səhnəmizə yeni ulduzlar bəxş edəcək"

Bunu “Report”a açıqlamasında "Bakı Payızı" layihəsinin baş koordinatoru Fidan Mirqədirova deyib.

Onun sözlərinə görə, məşqlər bitib: "Hazırda müsabiqəyə start verilib. İyulun 1-i isə orjinal janr, müasir xoreoqrafiya, bəstəkarlar çıxış edəcəklər. Ümumilikdə, layihə 5 janrı əhatə edir".

Qeyd edək ki, iyunun 28-də Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Bakı Payızı” istedadlar müsabiqəsinin ilk turu keçirilir. Bu turda 13 musiqi qrupu milli mahnılardan ibarət kompazisiyalarla yarışırlar. İstedadlı vokal ifaçıları öz istedadlarını göstərmək üçün rəngarəng musiqi nömrələri ilə münsiflər qarşısında əllərindən gələni edir, müsabiqəyə böyük maraq və həvəs nümayiş etdirirlər. Musiqi qrupları ilk turda Azərbaycan dilində, ikinci turda isə xarici dildə musiqilərlə çıxış edəcəklər. Bu turlardan sonra yay ayları ərzində qaliblər müəyyənləşdiriləcək və onların adıları oktyabrın 2-də keçiriləcək “Bakı Payızı” adlı konsertdə elan olunacaq.

Bakı Payızı” istedadlar müsabiqəsinin münsiflər kürsüsündə xalq artisti Aygün Kazımova, Azərbaycan musiqiçisi, qarmon ifaçısı, xalq artisti Ənvər Sadıqov, xalq artisti Zülfiyyə Xanbabayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqi sənəti” fakültəsinin “Estrada və populyar musiqi” kafedrasının müdiri Məryəm Babayeva, müğənni İlqar Xəyal, əməkdar artist Emil Əfrasiyab və xalq artisti Mübariz Tağıyev əyləşib.

Musiqi və bədii təəssüratların yaradılması, bu əsasda musiqi mədəniyyətinin, üslub, ritm və ansambl hisslərinin inkişafı builki payızın əsas tədbirinə - “Bakı Payızı 2023 - 35 il sonra” istedadlar müsabiqəsinə peşəkar hazırlığın mühüm tərkib hissəsi olacaq.

Tədbir iyulun 1-dək davam edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Məşhur şahmatçı Vüqar Həşimovun doğum günüdür

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar