Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan payına düşən karbohidrogenlərin satışından gəlirini 32% artırıb

2022-ci ildə Azərbaycan payına düşən karbohidrogenlərin satışından 19 milyard 698,9 milyon manat və yaxud 11 milyard 587,6 milyon ABŞ dolları xalis gəlir əldə edib...

Bu barədə Hesablama Palatasının “Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilir.

Sənədə əsasən, bu, Fondun 2022-ci il üzrə təsdiq edilmiş büdcə göstəricisinə nisbətən 4 milyard 705,5 milyon manat və yaxud 31,8% çoxdur.

Hesabat ilində bir sıra yataqlar üzrə hasilat proqnozu tam yerinə yetirilməsə də, xam neftin satış qiymətinin proqnozlaşdırılmış qiymətdən yüksək olması nəticəsində Fondun bu mənbə üzrə daxilolmaları proqnoz məbləğini üstələyib. Belə ki, 2022-ci ilin büdcəsində xam neftin satış qiyməti 70 ABŞ dolları proqnozlaşdırıldığı halda il ərzində bir barelin ortaçəkili qiyməti 101,1 ABŞ dolları təşkil edib.

Beləliklə, 2022-ci ildə mənfəət neftinin və qazın satışından yataqlar üzrə cəmi gəlirlər 11 milyard 587,6 milyon ABŞ dolları və ya 19 milyard 698,9 milyon manat təşkil edib, o cümlədən “Azəri-Çıraq-Günəşli” yatağı üzrə - 9 milyard 888,8 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə kondensatın satışından - 328,6 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə qazın satışından - 1 milyard 114,4 milyon ABŞ dolları təşkil edib.

Həmçinin digər yataqlar üzrə 91,4 milyon ABŞ dolları, razılaşma protokolu üzrə - 164,4 milyon ABŞ dolları gəlir əldə olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay