Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha 13 ailə Laçın şəhərinə köçürülüb - Yenilənib

Bu gün daha 48 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür...

 

Bu gün növbəti köç karvanı Bakıdan Laçına yola düşüb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınan 13 ailə - 44 nəfər daimi qeydiyyat ünvanlarına çatıblar.

Laçın şəhərində ailələrin qarşılanması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələrinin hücumu nəticəsində bütün mülklərini və eləcə də dədə - baba torpaqlarını qoyub çıxmaq məcburiyyətində qalan laçınlı ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə yerləşdirilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Laçın şəhərini 2022-ci il avqustun 25-də boşaldıb. Şəhər Azərbaycan Ordusunun nəzarətinə keçdikdən sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə yenidən tikilməyə başlayıb. Ermənilərin şəhəri tərk etdiyi zaman yandırdığı və dağıtdığı bütün evlər yenidən tikilib. May ayının 28-dən bu günə Laçın şəhərində 55 ailənin, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib.

***

Daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.

Bu gün daha 48 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür.

Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Xatırladaq ki, daha əvvəl Laçın şəhərinə 42 ailə (169 nəfər) köçürülüb.

***

Bu gün Laçın şəhərinə daha bir neçə ailənin köçürülməsinə başlanılır.

"Report" xəbər verir ki, bu gün daha 48 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür.

Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınacaq.

Xatırladaq ki, daha əvvəl Laçın şəhərinə 42 ailə (169 nəfər) köçürülüb.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Qərb Rusiyanın təhdidlərinə boyun əyir, nüvə müharibəsi yaxınlaşır

Ən çox oxunanalar