Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa Mette Frederiksenin Baş katib seçilməsinə qarşıdır...

Polşa Danimarkanın baş naziri Mette Frederiksenin NATO-nun yeni Baş katibi təyin edilməsinə qarşıdır...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti adı açıqlanmayan avropalı rəsmilərə istinadən yazır.

Mənbələrin sözlərinə görə, Varşava Alyansa NATO-nun şərq cinahından olan siyasətçinin rəhbərlik etməsini istəyir, həmçinin Danimarkanın müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirməməsindən şikayətlənir.

WSJ yazır ki, NATO-nun şərq cinahında yerləşən ölkələrin sayı getdikcə artır və xanım Frederiksenin potensial namizədliyi “haqqı olsa da, Rusiyanın Ukraynaya müdaxiləsi qarşısında Alyansın ehtiyaclarını sarsıtmasından” narahatdır. Digər dövlətlər, o cümlədən Fransa və Litva hələ ki kimi dəstəkləyəcəklərinə qərar verməyiblər.

Nəşrin yazdığına görə, Polşa Rusiyaya yaxın olan digər ölkələr kimi, NATO-nun da “bir vaxtlar Sovet İttifaqının tərkibində olmuş bir ölkədən olan şəxsi baş katib postuna təyin etməklə Moskvaya güclü siqnal verəcəyinə” inanır. Bu mənada artıq bir neçə üzv Estoniyanın baş naziri Kay Kallasın namizədliyini irəli sürüb. Bununla belə, bəzi Qərb ölkələri şərq cinahından baş katibin təyin edilməsinin “çox təxribatçı olacağından” ehtiyat edirlər, çünki bu, Alyans rəhbərliyini Rusiya ilə qarşı-qarşıya qoyacaq.

Bundan əlavə, Polşa hökuməti Danimarkanın NATO üzvlərindən gözlənilən müdafiə xərcləri hədəflərini yerinə yetirmədiyini iddia edir. 2022-ci ildə Kopenhagen öz ərazilərini müdafiə etmək qabiliyyətinin çatışmazlıqlarını etiraf edib və müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmağı öhdəsinə götürüb. May ayında Danimarka növbəti onillikdə müdafiə xərclərini üç dəfə artıraraq 21,6 milyard dollara çatdırmağı vəd etmişdi ki, bu da 2030-cu ilə qədər 2%-ə çatacaq.

“Digər problem, “skandinaviyalıların illərdir NATO-nun baş katibi postunu işğalda saxlaması”dır. Alyansın hazırkı rəhbəri Yens Stoltenberq 2014-cü ildə vəzifəsinin icrasına başlayıb və onun səlahiyyət müddəti artıq iki dəfə uzadılıb. Onun sələfi Danimarkanın sabiq baş naziri, 2009-cu ildən bu vəzifəni icra edən Anders Foq Rasmussen olub. Əgər xanım Fredriksen ən azı bir dörd illik müddətə seçilərsə, o zaman sonda skandinaviyalılar Alyansa təxminən 20 il rəhbərlik edəcəklər”, qəzet qeyd edir.

NATO-nun Baş katibi Alyansa üzv olan 31 ölkənin hamısının konsensus yolu ilə seçilir. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen də bu vəzifəyə iddialıdır. Lakin The Sun nəşrinə görə onun namizədliyi Böyük Britaniya tərəfindən əngəllənə bilər. Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin də namizədliyi nəzərdən keçirilib və London bu məsələdə Vaşinqtondan dəstək almaq istəyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Ən çox oxunanalar