Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusla bağlı bədbin proqnoz: Hər 6 aydan bir dalğalar olacaq...

Çində koronavirusla (COVID-19) bağlı genişmiqyaslı infeksiya dalğalarının hər altı aydan bir baş verəcəyi proqnozlaşdırılır...

Poliqon Nature Communications jurnalına istinadən xəbər verir ki, bunu Sietldəki Vaşinqton Universitetinin Sağlamlıq Göstəriciləri və Qiymətləndirmə İnstitutunun epidemioloqu Əli Mokdad Çin Xalq Respublikasında koronavirusun son dalğasını şərh edərkən deyib.

“Təəssüf ki, bu virusla bağlı yeni reallıq ondan ibarətdir ki, bizdə yenidən infeksiyalar olacaq... Bu virusun hazırkılarla rəqabət apara və daha ciddiləşə biləcək yeni variantlar yaradacağı ehtimalları var”, deyə Əli Məkdad bildirib.

Epidemioloq qeyd edib ki, COVID-19-un hazırkı epidemiyası XBB.1.5 adlı “Omicron” ştammının yüksək yoluxucu subvariantının dövriyyəsi ilə əlaqədardır. Bu, ilk dəfə keçən avqust ayında Hindistanda kəşf edilib.

Tənəffüs yolları yoluxucu viruslar üzrə çinli mütəxəssis Nanşan Çjonqun sözlərinə görə, iyunun sonuna qədər hər həftə 65 milyona qədər insan koronavirusa yoluxa bilər.

“Əslində, bu, keçən dekabrda baş verəndən sonra təkrar infeksiyanın ilk böyük dalğasıdır. Gələcəkdə vəziyyət daha da pisləşə bilər, çünki əhali arasında peyvəndləmənin 90%-ə çatmasına baxmayaraq, insanların immuniteti zəifləyir. Məsələn, dekabr ayında əhalinin ən azı 85%-i koronavirusa youxub”, deyə Nanşan Çjonq qeyd edib.

Bundan əlavə, XBB ştammı təhlükəlidir, çünki əvvəlki peyvəndlər və yaranmış təbii immunitet ondan qorumur.

Əli Mokdad qeyd edir ki, bu dəfəki dalğalar keçmişdəki ölüm və xəstəxanalara yerləşdirilən xəstə sayı qədər böyük olmasa da, səhiyyə sisteminə təzyiq çox böyük olacaq.

Onun fikrincə, XBB ştammının yayılmasının əks-sədası dünyanın digər yerlərində də hiss olunacaq. Xüsusilə, Sinqapur və ABŞ-da.

“Bu, hər yerdə görə biləcəyimiz bir şeydir, lakin Çində daha çox insan olduğu üçün orada daha aydın görünür”, deyə Əli Mokdad bildirir.

Pekin Universitetinin immunoloqu Yunlonq Caonun qənaətinə görə, dekabr ayında “Omicron”un dominant variantlarına qarşı (BA.5 və BF.7-yə qarşı) qaldırılan antikorlar yalnız dörd ay ərzində XBB-yə bənzər variantlardan qorunmağa qadirdir.

Boston Universitetinin epidemioloqu Kayoko Şioda deyir ki, XBB ştammının sələflərinə nisbətən dominant olma ehtimalı daha yüksəkdir: “XBB populyasiyaya daxil olduqdan sonra yayılır və digər variantlardan daha sürətli dominant varianta çevrilir”, deyə mütəxəsis qeyd edib.

Çin alimləri artıq XBB-dən qorunmaq üçün daha təkmil vaksinlər yaratmaq üzərində işləyirlər. Virusun proqnozlaşdırılan “yüngüllüyünə” baxmayaraq, sağlamlıq problemləri olan əhali kateqoriyaları, eləcə də yaşlı insanlar üçün hələ də son dərəcə təhlükəlidir.

“Təkrarlanan infeksiyalar, hətta XBB kimi yüngül bir virusla belə, hələ də uzunmüddətli COVID kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Həssas insanlar, yaşlılar hələ də ciddi xəstələnmək riski altındadır”, deyə Yunlonq Cao bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Ən çox oxunanalar