Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Şimali Kipr prezidentləri arasında telefon danışığı olub

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib...

“Report” xəbər verir ki, bu barədə R.T.Ərdoğanın Mətbuat xidmətindən bildirilib.

E.Tatar Türkiyə liderini prezident və parlament seçkilərinin nəticələri münasibətilə təbrik edib.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Son məlumatlara görə, seçki məntəqələrinin 99,4 faizinin nəticələri hesablanıb.

“Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı R.T.Ərdoğan 49,40 faiz səs toplayıb.

İkinci yerdə 44,96 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb.

"Ata İttifaqı”nın namizədi Sinan Oğana 5,2 faiz seçici səs verib.

Məmləkət Partiyasının sədri Məhərrəm İncə 0,44 faiz səs toplayıb.

Parlament seçkilərində isə AK Parti qalib gəlib. Hakim partiya Türkiyə Böyük Millət Məclisindəki 600 deputat yerindən 266-nı qazanıb.

İkinci yeri tutan müxalif Cümhuriyyət Xalq Partiyası 28-ci çağırış qanunverici orqanda 168 millət vəkili ilə təmsil olunacaq.

Yaşıl Sol Partiyası 62, Milliyətçi Hərəkat Partisi(MHP) 51, İYİ Parti 44, Yenidən Rifah Partiyası 6, Türkiyə İşçi Partiyası (TİP) 4 deputat yeri əldə edib.

Poliqon.info


Etiket: Türkiyə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Payızda sürücülərin avtomobildə etdiyi 3 ümumi səhv

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Ən çox oxunanalar