Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəzzədən İsrailə raketlər uçmaqda davam edir...

İsrail ordusu: Ölkənin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın ərazidə hava hücumu sirenləri səslənir...

İsrail Müdafiə Qüvvələri ölkənin Qəzza zolağına bitişik cənub bölgələrində hava hücumu sirenlərinin səsləndiyini bildirib.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti Twitter səhifəsində məlumat yayıb.

“Kibbutsda (kənd təsərrüfatı qəsəbəsi) Kissufimdə (Qəzza zolağı ilə sərhəddə yerləşir) sirenlər səsləndi. Təfərrüatlar bundan sonra veriləcək”, deyə məlumatda deyilir.

Xatırladaq ki, bir gün əvvəl İsrailin müdafiə naziri Yoav Gallant “Qalxan və ox” əməliyyatının başlamasından sonra Qəzza zolağından İsrailə 400-ə yaxın raket atıldığını bildirib.

Mayın 10-da İsrail Müdafiə Qüvvələri Qəzza zolağında İslami Cihad qruplaşmasının (Rusiyada qadağan olunmuş təşkilat) hədəflərinə zərbələri bərpa etdiyini bildirib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirmişdi ki, gün ərzində ikinci dəfə Təl-Əviv və şəhərətrafı ərazilərdə hava hücumu sirenləri səslənib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Tatamiyə damğa vuran zəfər: Azərbaycan cüdoçularından tarixi nəticə

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub

Ən çox oxunanalar