Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton görüşünün nəticəsiz “sülhü”... - Putin və Paşinyan məsələni Qafqaz daxilində tutmağa çalışırlar?

Rusiya XİN iddia edir ki, Ermənistan və Azərbaycan arasında qaynar münaqişə Putinin səyləri nəticəsində sönüb...

Siyasi-şərhçi: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı bu gün Qərbin ortaya qoyduğu mövqe Rusiyadan daha səmərəli görünür”.

“Vaşinqton variantı Moskva variantından fərqli olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu səbəbdən hesab edirəm ki, biz Moskva görüşlərindən uzaqlaşaraq Qərbin vasitəçiliyinə üstünlük verməliyik”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Azərbaycanla Ermənistan arasında son günlərdə baş verən prosesləri Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistamın Baş naziri Nikol Paşinyan bildirib ki, hazırda sülh müqaviləsi bağlana bilməz. Çünki fikir ayrılıqları aradan qaldırılmayıb. Rusiya XİN iddia edir ki, ErmənistanAzərbaycan arasında qaynar münaqişə Putinin səyləri nəticəsində sönüb. Kremlin sözçüsü Dmitri Peskovun fikrincə isə, Rusiya AzərbaycanErmənistan liderlərinin üçtərəfli razılaşmaları Qarabağ üzrə nizamlanmalar üçün yeganə hüquqi əsasdır. Bu gün də Paşinyan Rusiyaya səfər edəcək.

Bütün bunlara görə demək olarmı ki, nüfuzunu qorumaq istəyən Rusiya və hakimiyyətini qorumaq istəyən Paşinyan məsələni Qafqaz daxilində tutmağa çalışırlar?

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Rusiyaya bu bölgədə daim qan və qeyri-stabillik lazımdır. Belə bir düşüncədə olan ölkədən necə səmərəli sülhün təşkil edilməsini gözləmək olar?”.

Rusiyanın onsuz da hazırda beynəlxalq aləmdə nüfuzunun çox aşağı olduğunu və işğalçı dövlət kimi tanıdığını xatırladan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, Rusiya ilə birlikdə danışıqlarda iştirak etməyin özü belə həmən iştirakçı ölkələrin özlərinə mənfi təsir göstərə bilər:

“Bildiyiniz kimi, Rusiya Qərbin təşkilatçılığı ilə keçirilən istənilən prosesi qəbul etmir və bu proseslərə mane olmaq üçün əlindən gələni etmək istəyir. Bundan öncədə xatırlayırsızsa, Qərbdə keçirilən üç tərəfli görüşlərdən sonra mütləq növbəti görüş Rusiyada keçirilirdi. Rusiya bütün imkanlardan istifadə edərək bu prosesi uzatmaq istəyir. Moskvanın başı bir tərəfdən Ukraynaya qarışmışkən, bölgədə yeni münaqişənidə istəmir.

Ancaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı bu gün Qərbin ortaya qoyduğu mövqe Rusiyadan daha səmərəli görünür. Bunu hətta çıxışlarının birində Vaşinqton-Moskva variantları haqda danışarkən Vladimir Putin özü də etiraf edib.

Kamran Məmmədli: “Rusiyaya 30 ildən çox zamandır ki, güvənərək proseslərdə yer verdik. İndidə artıq Rusiyasız bu prosesi davam etdirməliyik”.

Vaşinqton variantı Moskva variantından fərqli olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu səbəbdən hesab edirəm ki, biz Moskva görüşlərindən uzaqlaşaraq Qərbin vasitəçiliyinə üstünlük verməliyik. Eyni zamanda Ermənistanıda bunu qəbul etməyə məcbur etməliyik. Çünki Rusiyanın zatən hazırda beynəlxalq aləmdə nüfuzu çox aşağıdır və işğalçı dövlət kimi tanılır. İndi Rusiya ilə birlikdə danışıqlarda iştirak etməyin özü belə həmən iştirakçı ölkələrin özlərinə mənfi təsir göstərə bilər.

Bütün bunları nəzərə alaraq artıq Rusiyanı proseslərdən kənarlaşdırmaq lazımdır. Çünki artıq anlamaq lazımdır ki, Rusiyaya bu bölgədə daim qan və qeyri-stabillik lazımdır. Belə bir düşüncədə olan ölkədən necə səmərəli sülhün təşkil edilməsini gözləmək olar? Özü işğal siyasəti apardığı halda başqalarına sülhdən necə danışa bilər?

Rusiyaya 30 ildən çox zamandır ki, güvənərək proseslərdə yer verdik. Fikrimcə, indidə artıq Rusiyasız bu prosesi davam etdirməliyik”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Xocalıda Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib - Yenilənib

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

İlham Əliyev İslamabadda milli abidəni ziyarət edib - Yenilənib

Ən çox oxunanalar