Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtondan Moskvaya uzanan sülh... - Proseslər bundan sonra hansı səviyyədə davam edəcək?

Moskva Vaşinqtonda əldə olunan razılaşmaların davam etməsinə töhvə vermək istəyəcəkmi?..

Politoloq: “Burada ən önəmli məsələ kağız üzərində əldə olunan razılığın praktiki olaraq həyata keçirilməsinin mümkün olmasıdır”.

“Tərəflər arasında hansı razılaşmaların olması tam açıqlanmır. Görünür ki, razılaşdırılmış məsələlərdə də qaranlıq qalan nüanslar var deyə, hələ açıqlanmır”.

Bu sözləri politoloq Samir Hümbətov Vaşinqton görüşündən sonra AzərbaycanErmənistan arasındakı danışıqların hansı istiqamatə gedəcəyini Poliqon-a şərh edərkən qeyd edib.

AzərbaycanErmənistan xarici işlər nazirlərinin Vaşinqtondakı dördgünlük görüşündən sonra Azərbaycan XİN məlumat verdi ki, danışıqlarda “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi”nin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edilib. Hazırda isə tərəflərin Moskvada bir araya gəlməsi gözlənilir.

Bəs proseslər bundan sonra hansı səviyyədə davam edəcək və Moskva Vaşinqtonda əldə oluanan razılaşmaların davam etməsinə töhvə vermək istəyəcəkmi?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Önəmli məsələ əldə olunan razılığın praktiki həyata keçməsində ABŞ-ın Ermənistana olacağı dəstəkdir. Bu məsələdə İrəvan siyasi iradə nümayiş etdirsə, o zaman inanmıram ki, Moskva sülhü poza bilsin”.

Bir ay, ay yarıma AzərbaycanErmənistanın sülh müqaviləsini imzalamasının inandırıcı görünmədiyi vurğulayan politoloq bildirib ki, bir müddət layihəni işləyib ortaya qoyandan sonra sülh müqaviləsinin imzalanması mümkün olar:

AzərbaycanErmənistan arasında XİN səviyyəsində keçirilən 4 günlük Vaşinqton görüşü artıq yekunlaşıb. Həm Azərbaycan Xarici İşlər Nazirliyinin, həm də ABŞ Dövlət Departamentinin verdiyi açıqlamadan belə nəticəyə gəlmək olar ki, tərəflər arasında bəzi məsələlərdə razılıq əldə olunub. Amma tərəflər arasında hansı razılaşmaların olması tam açıqlanmır. Görünür ki, razılaşdırılmış məsələlərdə də qaranlıq qalan nüanslar var deyə, hələ açıqlanmır.

Ümumi olaraq deyildi ki, sülh razılığına gedilən yolda razılıq əldə olunub. Burada ən önəmli məsələ kağız üzərində əldə olunan razılığın praktiki olaraq həyata keçirilməsinin mümkün olmasıdır. Bu çox önəmli məsələdir. Çünki Ermənistan üzərinə basqı çoxdur. Məsələn Rusiyaİran Ermənistana sülh razılaşmasına görə basqı edirlər. Onlar ümumiyyətlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər. İstər Moskva, istərsə də Tehran Azərbaycan-Ermənistan münaqişəsinin ən azından daha 30 il müddətində dondurulmuş şəkildə saxlanılmasına çalışırlar. Buna görə də Ermənistan hakimiyyəti üçün əldə olunan razılığı həyata keçirmək çətin məsələdir. Digər tərəfdən isə erməni revanşistləri də hesab edirlər ki, bir neçə on illikdən sonra geosiyasi vəziyyət onların xeyrinə dəyişə bilər. Hazırda gedən proseslər onu göstərir ki, beynəlxalq güclər arasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında əsas maraqlı tərəf olan ABŞ-dır və Bakı da çalışmalıdır ki, Vaşinqton platforması daha səmərəli fəaliyyət göstərsin.

Samir Hümbətov: “Yaxın bir ay, ay yarım müddətində AzərbaycanErmənistanın sülh müqaviləsini imzalaması inandırıcı görünmür”.

Başqa bir önəmli məsələ isə əldə olunan razılığın praktiki həyata keçməsində ABŞ-ın Ermənistana verəcəyi dəstəkdir. Bu məsələdə İrəvan siyasi iradə nümayiş etdirsə, o zaman inanmıram ki, Moskva sülhü poza bilsin. Çünki ABŞ-ın rəhbərliyi altında razılıq əldə olunubsa, regionda daha çox ABŞ-ın sözü üstünlük təşkil edəcək. Buna görə də məsələnin tam həll olunması üçün ABŞ-ın Ermənistana dəstək verməsi lazımdır.

Onu da qeyd edim ki, Paşinyanın qeyri-sağlam mövqeyi nəticə etibarilə öz vəziyyətlərini ağırlaşdırır. Hər bir halda Vaşinqton danışıqlarının tam detaları müəyyən zamandan sonra açılacaq. Danışıqlar prosesi də bundan sonra davam edəcək. Bəlkə də sülh müqaviləsinə gedən yolda müəyyən irəliləyişlər olacaq. Amma bunun qısa müddət ərzində olacağını düşünmürəm.

Yəni, yaxın bir ay, ay yarım müddətində AzərbaycanErmənistanın sülh müqaviləsini imzalaması inandırıcı görünmür. Amma bir müddət layihəni işləyib ortaya qoyandan sonra sülh müqaviləsinin imzalanması mümkün ola bilər. Amma təbii ki, Ermənistanın bəzi öhdəlikləri yerinə yetirməlidir.

Düşünürəm ki, bundan sonra liderlər səviyyədə də görüşlər keçiriləcək. Amma yekun olaraq əsasən görüşlər xarici işlər nazirləri səviyyəsində keçirləcək ki, detallar razılaşdırılsın və öhdəlikləri oraya qoysunlar. Bundan sonra isə iki ölkə lideri sənədi imzalamaq üçün bir araya gələ bilərlər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Xocalıda Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib - Yenilənib

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ən çox oxunanalar