Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Şəhər İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib

Konfransda qeyd olunub ki, məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə marağı artıran bu müsabiqə ənənəvi xarakter daşıyır...

Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında keçirilən “Heydər ƏliyevAzərbaycan tarixi” mövzusunda ənənəvi referat müsabiqəsinin yekunlarına dair elmi-praktik konfrans keçirilib. Konfransda Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər, onların elmi rəhbərləri, paytaxt rayonları İcra Hakimiyyətləri və KİV nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov konfrans iştirakçılarını salamlayaraq bildirdi ki, bu gün Azərbaycan sürətlə inkifaf edir, dünya ölkələri sırasında əhəmiyyətli yer tutur. Bunun da bünövrəsində da məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyəti durur.

Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən konfranslarda şagirdlər Azərbaycan tarixinin daş dövründən başlamış bu günə kimi olan dövrləri, o cümlədən Ulu Öndər Heydər ƏliyevAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Builki müsabiqədə həm də 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərə həsr edilən mövzulara da xüsusi yer verilib.
Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib.

Konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və başqaları bildiriblər ki, illər keçdikcə Ümummilli liderin böyüklüyü və bitib-tükənməyən irsi daha dərindən dərk olunur, Heydər Əliyev dühasının Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti açıldıqca daha da zənginləşir.

Konfransda qeyd olunub ki, məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə marağı artıran bu müsabiqə ənənəvi xarakter daşıyır və hər il minlərlə məktəbli bu müsabiqədə iştirak edir. Artıq builki müsabiqədə Bakı şəhərinin 300-dən artıq məktəbi və 2500 nəfərdən artıq şagirdi öz referatları ilə iştirak edib. Referatların 60-ı komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcəkdir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Ən çox oxunanalar