Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FIA və AAF prezidentləri Bakının beynəlxalq idman tədbirinə hazırlığını müzakirə ediblər

Azərbaycan Avtomobil Federasiyasının prezidenti (AAF) Anar Ələkbərov "Formula-1" Azərbaycan Qran Prisi çərçivəsində Bakıda səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem ilə görüşüb.

Poliqon.info-nun məlumatına görə, görüşdə FIA ilə AAF arasındakı mövcud sıx əməkdaşlıq, bir sıra birgə layihələr, o cümlədən Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının 2023-cü il dekabrın 4-8-də Bakıda keçiriləcək iclası və mükafatlandırma mərasiminə (FIA Prize-Giving Ceremony) hazırlıqlarla bağlı təşkilati məsələlər müzakirə olunub.

Anar Ələkbərov FIA ilə əlaqəli şəkildə tədbirə hazırlıq işlərinin aparıldığını qeyd edib. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsindən məmnunluq bildirilib və bu kimi idman tədbirlərinin Azərbaycanda avtomobil idmanının təşviqində böyük rol oynadığı vurğulanıb.

Xatırladaq ki, ötən il FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərində keçirilən iclasında Bakı səsvermə ilə Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının toplantısı və mükafatlandırma mərasiminin növbəti ev sahibi seçilib. FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasiminə ev sahibliyi etmək üçün bir neçə ölkə, həmçinin, Azərbaycan müraciət etmişdi. Səsvermə nəticəsində Bakının namizədliyi təsdiq olunub. FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasimi tədbirləri zamanı dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları ölkəmizdə bir araya gələcək.

Poliqon.info 


Etiket: Yarış


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsində 3 seçki məntəqəsində seçkinin nəticələri etibarsız sayılıb

İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Ən çox oxunanalar