Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Məxfi Xidməti səhvən 11 sentyabr hadisəsini törədənləri ehtiramla yad edib

ABŞ Məxfi Xidməti X sosial şəbəkəsində 11 sentyabr 2001-ci il terror aktı qurbanlarının xatirəsinə yazı dərc edib və səhvən ölənlərin ümumi sayını göstərib. Bununla da 19 Əl-Qaidə kamikadzesinin xatirəsini ehtiramla yad edilib...

Poliqon xəbər verir ki, Məxfi Xidmət daha sonra paylaşımı silib və səhvi təsdiqləyərək düzəldilmiş versiyasını yayımlayıb.

İlk versiyada 2996 insanın adı göstərilirə. Mesajın yeni versiyasında bu rəqəm 2977 ilə əvəz edilib. Beləliklə, siyahıdan 19 təyyarə qaçıran şəxsin adı çıxarılıb

"Orijinal yazıda səhvən 11 sentyabr hücumlarından ölənlərin ümumi sayını, o cümlədən təyyarəni qaçıranları daxil etdik. Məqsədimiz yalnız o faciəli günün qurbanlarının xatirəsini ehtiramla yad etmək idi və səhvə görə dərindən üzr istəyirik", deyə Xidmətin yenilənmiş bəyanatında qeyd edilir.

11 sentyabr terror aktı zamanı Əl-Qaidə silahlıları 4 sərnişin təyyarəsini qaçırıblar. Onlardan ikisi Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılaraq onların dağılmasına səbəb olub. Üçüncü təyyarə Vaşinqtonda Pentaqonun qərb qanadına çırpılıb. Sonuncu təyyarə Kapitol binasına çırpılmalı idi, lakin uçuş qeydinin stenoqramı göstərir ki, sərnişinlər təyyarəyə nəzarəti bərpa etməyə çalışıblar, bundan sonra hakimiyyəti itirən terrorçular təyyarəni yerə endiriblər. Həmin təyyarə Pensilvaniya ştatının Pittsburq yaxınlığında qəzaya uğrayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsində 3 seçki məntəqəsində seçkinin nəticələri etibarsız sayılıb

İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Ən çox oxunanalar