Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Rusiya Təhlükəsizlik Şurasının katibi iranlı həmkarı ilə “Zəngəzur dəhlizi” ilə bağlı müzakirələr aparıb...

Politoloq: “Baş verən hadisələr də onu göstərir ki, rəsmi İrəvan “Zəngəzur dəhlizi” ilə bağlı provakasiyon və səmimi olmayan mövqelər ortaya qoyduqca, Ermənistandan istifadə etməyə çalışan Fransa, İran kimi xarici güc faktorları bu məsələdən daha çox yararlanmağa və “Zəngəzur dəhlizi” məsələsini bir növ manipulyasiya vasitəsinə çevirməyə çalışırlar”.

“Hesab edirəm ki, bu gün Ermənistanın bu məsələdə susqunluq nümayiş etdirməsi Ermənistanın regionda heç vaxt müstəqil siyasi oyunçu ola bilməyəcəyini göstərir”.

Bu sözləri politoloq Tural İsmayılov Rusiyaİranın “Zəngəzur dəhlizi”ni müzakirə etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iranlı həmkarı ilə görüşüb və “Zəngəzur dəhlizi” ilə bağlı müzakirələr aparıb.

Rusiyaİranın probleminə çevrilən “Zəngəzur dəhlizi” ilə bağlı müzakirələrdə tərəflərin kompromis variantları ilə bağlı nə demək olar və söhbət Ermənistan ərazisindən getdiyi halda son zamanlar İrəvanın Tehranın isterikasına rəğmən bu məsələdə susqunluq nümayiş etdirməsi əslində nədən xəbər verir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Rusiyanın “Zəngəzur dəhlizi”nin əhəmiyyətini dərk etməsi və bununla bağlı mövqelər ortaya qoyması İranın qıcıqlanmasına səbəb olur”.

İranın bütün bu anlamsız ritorikasına rəğmən “Zəngəzur dəhlizi”nin açılacağını düşünən politoloq Poliqon-a açqıalamasında qeyd edib ki, “Zəngəzur dəhlizi” ilə bağlı böyük güc mərkəzləri israrlıdır:

“Bir daha aydın olur ki, Ermənistan müstəqil xarici siyasət qərarları ala bilməyən bir dövlət olub. Doğrudur, əvvəlki dövrlərdə də Ermənistan müstəqil xarici siyasət yürütmürdü. Amma Paşinyanın hakimiyyətə gələndən sonra ümummilli xarici siyasət qərarları ala bilməməsi, Qərbə addımlar atması, nəticədə Ermənistanın bu gün düşdüyü çıxılmaz vəziyyətin daha dərinləşməsinə səbəb olur.

Baş verən hadisələr də onu göstərir ki, Ermənistan “Zəngəzur dəhlizi” ilə bağlı provakasiyon və səmimi olmayan mövqelər ortaya qoyduqca, Ermənistandan istifadə etməyə çalışan Fransa, İran kimi xarici güc faktorları bu məsələdən daha çox yararlanmağa və “Zəngəzur dəhlizi” məsələsini bir növ manipulyasiya vasitəsinə çevirməyə çalışırlar. Əslində İranın “Zəngəzur dəhlizi” ilə bağlı məsələdə ortaya qoyduğu qəbuledilməz mövqe həmişə Azərbaycan tərəfindən vurğulanırdı. Amma indi artıq görürük ki, regionun digər böyük siyasi gücü olan və 10 Noyabr Bəyanatında üçüncü imzanı təmsil edən Rusiya “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı daha açıq və aydın mövqelər ortaya qoyur. Məhz Rusiyanın “Zəngəzur dəhlizi”nin əhəmiyyətini dərk etməsi və bununla bağlı mövqelər ortaya qoyması İranın qıcığına səbəb olur.

Tural İsmayılov: “Görürük ki, regionun digər böyük siyasi gücü olan və 10 Noyabr Bəyanatında üçüncü imzanı təmsil edən Rusiya “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı daha açıq və aydın mövqelər ortaya qoyur”.

Hesab edirəm ki, bu gün Ermənistanın bu məsələdə susqunluq nümayiş etdirməsi Ermənistanın regionda heç vaxt müstəqil siyasi oyunçu ola bilməyəcəyini göstərir. Ermənistan həmişə öz taleyi və beynəlxalq münasibətlərlə bağlı qərarlarda başqasının fikrini gözləyəcək vəziyyətdə olacaq.

Amma mən İranın bütün bu anlamsız ritorikasına rəğmən “Zəngəzur dəhlizi”nin açılacağını düşünürəm. Çünki “Zəngəzur dəhlizi” ilə bağlı böyük güc mərkəzləri israrlıdır. Burada İranın təkbaşına hansısa anti-mövqeləri məsələyə çox da əngəl törətməyəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Ən çox oxunanalar