Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran prezidenti İraqla təhlükəsizlik razılaşmasının tərəfdarı olaraq çıxış edib

İran prezidenti Məsud Pezeşkian bu ölkəyə səfəri zamanı İraqla təhlükəsizlik sazişinin bağlanmasının zəruriliyini bəyan edib...

Poliqon xəbər verur ki, bubarədə Pezeşkian prezident kimi ölkəyə ilk səfəri münasibətilə İraq dövlət televiziyasına müsahibəsində deyib. Pezeşkianın sözlərinə görə, belə bir tədbir turistlərin və iş adamlarının iki ölkədə təhlükəsiz qalmaları üçün zəruridir.

“Bütün səyahətçilər, iş adamları və digərləri üçün adekvat təhlükəsizlik şəraitini təmin etmək üçün birgə təhlükəsizlik sazişlərimiz olmalıdır. İki ölkə arasında təhlükəsizlik koordinasiyası olmadan bu məqsədə nail olmaq mümkün deyil”, deyə Pezeşkian bildirib.

Xatırladaq ki, Məsud Pezeşkian bir gün əvvəl Bağdada gəlib. Bu həm də onun prezident kimi ilk xarici səfəridir.

Pezeşkianın andiçmə mərasimi iyulun 30-da baş tutub. İraqda onun hökumətin bütün qollarının rəhbərləri ilə danışıqlar aparacağı, eləcə də cənubdan şimala kimi ölkənin müxtəlif şəhərlərinə səfərləri gözlənilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Ən çox oxunanalar