Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda hərbçilərimizə açılan cinayət işi özüylə regiona hansı sürprizlər gətirə bilər?..

Ermənistanın hərbçilərimizə açdığı cinayət işinin arxasında hansı çirkin oyunlar dayanır?..

Politoloq: “Azərbaycandan fərqli olaraq Ermənistan hər zaman insan haqqları və hüquq normalarını kobud şəkildə pozan dövlətlərdən biri olub”.

“Dumanlı şəraitdə azaraq sərhəddi keçən hərbiçilərimizə qarşı bu cür düşmən mövqe tutulması, anti-humansit mövqe sərgilənməsi onu göstərir ki, Azərbaycandan, beynəlxalq qurumlardan təpki olmasa, Ermənistan hərbiçilərimizi öldürmək səviyyəsinə qədər çata bilər”.

Bu sözləri politoloq Samir Hümbətov Ermənistanın hərbçilərimizə açdığı cinayət işinin arxasındakı çirkin oyunları Poliqon-a şərh edərkən qeyd edib.

Bütün insani dəyərləri və beynəlxalq hüququ ayaqlar altına atan rəsmi İrəvan dumanlı havada azıb Ermənistan ərazisinə keçən 2 Azərbaycan hərbçisinin geri qaytarılmasından boyun qaçırdı və onları həbs elədi.

Hər bir zaman ağalarının maraqlarının ifadəçisi kimi çıxış edən Ermənistanın hərbçilərimizə açdığı cinayət işinin arxasında hansı çirkin oyunlar dayanır? Və yaşanan bu hadisə özüylə regiona hansı sürprizlər gətirə bilər?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Əslində Ermənistan əsir hərbiçilərimiz üzərindən oyun aparır”.

Əgər əsir hərbiçilərimizlə normal münasibətlər formalaşmasa, onlara qarşı hər hansısa çirkin əməl həyata keçiriləcəksə, Azərbaycan tərəfinin bunun Ermənistana artıqlaması ilə cavabını verəcəyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Azərbaycanın hər bir vətəndaşı Azərbaycan dövləti üçün vacibdir, dəyərlidir:

Azərbaycandan fərqli olaraq Ermənistan hər zaman insan haqları və hüquq normalarını kobud şəkildə pozan dövlətlərdən biri olub. Xüsusilə, ermənilər tarixi boyu azərbaycanlılara qarşı ancaq soyqırım hadisələri törədiblər. Buna görə də Ermənistandan yeni nəsə gözləməyimizin özü belə mənasızdır. Çünki bu məsələ Ermənistanın və ermənilərin əsas xislətində olan məsələdir.

Dumanlı şəraitdə azaraq sərhəddi keçən hərbiçilərimizə qarşı bu cür düşmən mövqe tutulması, anti-humansit mövqe sərgilənməsi onu göstərir ki, Azərbaycandan, beynəlxalq qurumlardan təpki olmasa, Ermənistan hərbiçilərimizi öldürmək səviyyəsinə qədər çata bilər. Düşünürəm ki, bu bilərəkdən atılan addımdır. Ona bilsin ki, İkinci Qarabağ savaşından sonra Azərbaycanın ərazisinə qanunsuz soxulmuş Ermənistan silahlı dəstələrinin tutulmasından sonra Yerəvan indi bizim hərbiçiləri qarşı belə bir addım atır. Amma erməni silahlıları bizim sərhədləri bilərəkdən pozmuşdular.

Samir Hümbətov: “Ona bilsin ki, İkinci Qarabağ savaşından sonra Azərbaycanın ərazisinə qanunsuz soxulmuş Ermənistan silahlı dəstələrinin tutulmasından sonra Yerəvan indi bizim hərbiçiləri qarşı belə bir addım atır”.

Göründüyü kimi Ermənistanın Azərbayacana qarşı atdığı addım adekvat addım deyil. Çünki bizim hərbiçilər dumanlı havada sərhəddi keçiblər, erməni silahlıları isə bilərəkdən sərhəddi keçmişdi. Düşünürəm ki, əslində Ermənistan əsir hərbiçilərimiz üzərindən oyun aparır.

Onu da qeyd edim ki, əgər əsir hərbiçilərimizlə normal münasibətlər formalaşmasa, onlara qarşı hər hansısa çirkin əməl həyata keçiriləcəksə, Azərbaycan tərəfi bunun Ermənistana artıqlaması ilə cavabını verəcək. Çünki Azərbaycanın hər bir vətəndaşı Azərbaycan dövləti üçün vacibdir, dəyərlidir. Buna görə də Ermənistan əsirlərimizlə münasibəti bir daha düşünməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar