Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransadan yenə ədalətsiz mövqe... - Rəsmi Bakı hansı diplomatik addımlar atmalıdır?

11 aprel tarixində Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Fransa Ermənistanı dəstəkləyən bəyanat verdi...

Politoloq: “Fransanın Azərbaycana qarşı bu mövqeyi yeni deyil və artıq Azərbaycan tərəfi mövqeyini Prezident səviyyəsində dəfələrlə bildirib”.

ABŞRusiya belə Azərbaycanın bu təxribatda iştirakı barədə fikir bildirmədi, hətta Rusiya Avropa missiyasını günahlandırdı”.

Bu sözləri politoloq Azər Qasımov Fransanın Azərbaycana qarşı verdiyi növbəti bəyanatı Poliqon-a şərh edərkən qeyd edib.

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin 11 aprel tarixində Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən 12 aprel tarixli bəyanatı Parisin Azərbaycana qarşı mənfur siyasətini açıq-aydın göstərmirmi və bu birtərəfli mövqeyə qarşı Azərbaycan hansı diplomatik addımlar atmalıdır?

Azərbaycan və Fransa münasibətlərini Poliqon-nun əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Azərbaycanın Fransaya qarşı ciddi diplomatik addım atmasına ehtiyac yoxdur, çünki bu, heç nəyi dəyişməyəcək”.

44 günlük müharibəyə qədər gizli düşmənçilik edənlər, İran və Fransa kimi ölkələrin, indi açıq oynadıqlarını vurğulayan politoloq əlavə edib ki, bu da Azərbaycan üçün bəsdir. Üz-üzə düşmənlə mübarizə aparmaq asandır, nəinki gizli düşmənlə:

“Fransanın Azərbaycana qarşı bu mövqeyi yeni deyil və artıq Azərbaycan tərəfi mövqeyini Prezident səviyyəsində dəfələrlə bildirib. Fransa Ermənistanı öz bacısı hesab edir. Ona görə də bacısının hər əxlaqsızlığını özünə yaxın bildiyi üçün dəstəkləyir. Azərbaycanda artıq buna qarşı immunitet yaranıb.
Hər kəsin təxribatın necə və hansı şəraitdə baş verdiyini gördüyü halda Azərbaycanı bunda günahlandırmaq əxlaqsızlıqdan başqa bir şey deyildir.

Göründüyü kimi Azərbaycan Fransanın bu mövqeyinə ciddi reaksiya vermədi. ABŞRusiya belə Azərbaycanın bu təxribatda iştirakı barədə fikir bildirmədi, hətta Rusiya Avropa missiyasını günahlandırdı. Təxribatın səbəbləri və kimlərin sifarişi ilə edildiyini bir tərəfə qoysaq, Azərbaycan haqlı mövqeyindən geri durmayacağı açıqdır. Təxribatların olması normaldır, nəinki olmaması. Düşmən heç vaxt düşmənçiliyindən geri durmayacaq. Fransa da düşmənimizin yanındadır. Mövqeyi də buna adekvat olmalıdır.

Azər Qasımov: ““Əldəqayırma Napaleon” Makronun hakimiyyətinə onsuz da az qalıb”.

Məsələ ondadır ki, 44 günlük müharibəyə qədər gizli düşmənçilik edənlər, İran və Fransa kimi ölkələr, indi açıq oynayırlar. Bu da Azərbaycan üçün bəsdir. Üz-üzə düşmənlə mübarizə aparmaq asandır, nəinki gizli düşmənlə.

Azərbaycanın Fransaya qarşı ciddi diplomatik addım atmasına ehtiyac yoxdur, çünki bu, heç nəyi dəyişməyəcək. Fransız hakimiyyətinin cəzasını elə fransızların özləri daxildə verirlər. “Əldəqayırma Napaleon” Makronun hakimiyyətinə onsuz da az qalıb”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Ən çox oxunanalar