Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son təxribat və Ermənistanın ümidlərini puça çıxaran Avropa İttifaqı...

Ermənistan mətbuatının yazdığına görə, Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhəddində olan misiyasının aprelin 11-də baş verən insidentlə bağlı Brüsselə yolladığı hesabatla bağlı İrəvan heç bir məlumat əldə edə bilməyib...

Politoloq: “Biz görürük ki, Avropa İttifaqının heç də mülki olmayan missiyası bu gün İrəvan tərəfindən bir alət kimi istifadə olunur”.

“Artıq regionda delimitasiya prosesini həyata keçirmək bir qədər çətinləşir. Çünki Ermənistan həm danışıqlar prosesində səmimi deyil, həm də təxribatlar törətmək istəyini açıq-aşkar büruzə verir”.

Bu sözləri politoloq İlyas Hüseynov Azərbaycan-Ermənistan sərhəddindəki son toqquşmada RusiyaAvropa İttifaqının mövqeyini Poliqon-a şərh edərkən qeyd edib.

Baş nazir Nikol Paşinyan və onun nazirləri Avopa İttifaqının bir neçə yüz nəfərlik missiyasını iki illiyinə təmas xəttində ona görə yerləşdirdi ki, onlara arxalanaraq sərhədi öz bildikləri kimi formalaşdıracaqlarını və Azərbaycana qarşı təxribat etdikdə əks-zərbəylə üzləşməyəcəklərini zənn edirlər. Avropa İttifaqı isə prosesləri kənardan izləməyə üstünlük verməklə nə Ermənistanın təxribatlarında pay sahibi olmaq, nə də Azərbaycanla üz-üzə qalmaq istədi.

Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova təmas xəttindəki son toqquşma ilə bağlı İrəvana bu səpgili mesaj göndərdi: “Avropa İttifaqı missiyasını bölgədə yerləşdirəndə sonu belə olmalıydı...”.

Ermənistan mətbuatının yazdığına görə, Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhəddində olan miisiyasının aprelin 11-də baş verən insidentlə bağlı Brüsselə yolladığı hesabatla bağlı İrəvan heş bir məlumat əldə edə bilməyib.

Bəs bundan sonra Ermənistanın ümidlərini puça çıxaran Avropa İttifaqı və paralel olaraq Rusiya ilə münasibətləri necə olacaq?

Ermənistanın bundan sonrakı siyasətini Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Yerəvan Avropa İttifaqının xidmətlərindən istifadə edərək Azərbaycanı təcavüzkar dövlət adlandırmağa və öz məkirli niyyətlərini güdməyə çalışır”.

Ermənistanın beynəlxalq təşkilatlara, beynəlxalq aktorlara Azərbaycandan durmadan şikayət etdiyini xatırladan politoloq Poliqon-a bildirib ki, bununla da Ermənistan ölkəmiz haqqında çaşdırıcı təsəvvür yaratmağa cəhd edir:

“Ötən il dördtərəfli müstəvidə Praqada keçirilən görüşün nəticəsi olaraq Avropa İttifaqının mülki missiyası Ermənistan ərazisinə yerləşdirildi və dekabr ayında bu missiyanın fəaliyyəti başladı. Bu missiya Ermənistan ərazisinə yerləşəndən sonra Ermənistanın bütün rəsmi şəxsləri ritorikasını dəyişdi və Azərbaycanı qıcıqlandıracaq açıqlamalar verdilər. Həmçinin Ermənistanın müdafiə naziri Avropa İttifaqı ilə hərbi əməkdaşlıqlarını genişləndirəcəklərini bildirdilər. Təhlükəsizlik tədbirlərinə dair diqqəti artıracaqlarına əminlik yaratdı.

Eyni zamanda biz ayın 11-də baş verən təxribatda da gördük ki, Ermənistan Avropa İttifaqının missiyasından qalxan kimi istifadə edir. Yerəvan Avropa İttifaqının xidmətlərindən istifadə edərək Azərbaycanı təcavüzkar dövlət adlandırmağa və öz məkirli niyyətlərini güdməyə çalışır. Artıq bu prosesləri aydın şəkildə izləmək olur.

İlyas Hüseynov: “Avropa İttifaqının mülki missiyası Ermənistan ərazisinə yerləşəndən sonra Ermənistanın bütün rəsmi şəxsləri ritorikasını dəyişdi və Azərbaycanı qıcıqlandıracaq açıqlamalar verdilər”.

Biz görürük ki, Avropa İttifaqının heç də mülki olmayan missiyası bu gün İrəvan tərəfindən bir alət kimi istifadə olunur. Eyni zamanda mülki missiyasının tərkibində alman polisinin, Fransa jandarmının olması onu deməyə əsas verir ki, burada keçmiş hərbiçilər, polislər, hüquq-mühafizə orqanları yer alır.

Artıq regionda delimitasiya prosesini həyata keçirmək bir qədər çətinləşir. Çünki Ermənistan həm danışıqlar prosesində səmimi deyil, həm də təxribatlar törətmək istəyini açıq-aşkar büruzə verir. Eyni zamanda beynəlxalq təşkilatlara, beynəlxalq aktorlara Azərbaycandan şikayət edir. Bununla da Ermənistan ölkəmiz haqqında çaşdırıcı təsəvvür yaratmağa cəhd edir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir

Ən çox oxunanalar