Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistandan NATO təlimlərində iştirakla bağlı izahat istəyib

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, NATO Rusiyanın tərəfdaşlarını öz manevri ilə aktiv şəkildə cəlb etməyə davam edir: "Şimal alyansı bunu NATO standartlarını tətbiq edərək həyata keçirir, bu dövlətlərin müdafiə komplekslərini yenidən format edərək həmin ölkələrin daxili və xarici siyasi proseslərinə, ordu quruculuğuna təsir rıçaqları əldə etməyə səy göstərir. Hər şeydən öncə bu, postsovet məkanına aiddir, hansı ki, NATO üçün Rusiya ilə əsl geosiyasi ziddiyyətlər meydançasıdır. ABŞ və onun müttəfiqləri Rusiya ilə region ölkələrinin əməkdaşlığını nüfuzdan salmağa cəhd göstərir, həmin ölkələri fərqli formatlarda əməkdaşlığa çəkir. Həmin əməkdaşlıqlar açıq-aydın anti-Rusiya, demək olar ki, bəzən rusofob xarakter daşıyır. NATO-nun bu cür fəaliyyəti müxtəlif regionlarda vəziyyətin gərginləşməsinə, münaqişə potensialının artmasına, yeni ayırıcı xətlərin yaranmasına gətirib çıxarır. Biz erməni həmkarlarımızdan Ermənistanın NATO təlimlərində iştirakı ilə bağlı rəsmi izahat istəmişik. Alacağımız cavaba görə reaksiyamız müəyyən olacaq. Sözsüz ki, Ermənistanın KTMT təlimlərini öz ərazisində keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin yüksəldilməsinə yardım etmir".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir

Ən çox oxunanalar