Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reuters: Ukrayna əks-hücum üçün 40 min nəfərlik 8 briqada hazırlayıb

Ukrayna ordusu Rusiyanın işğal etdiyi əraziləri azad etmək ümumi sayı 40 min nəfər olan səkkiz hücum qrupları yaradıb...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb. Agentlik yazır ki, bu qruplar əsasən könüllülərdən təşkil edilib.

Ukraynada hücum briqadaları üçün könüllülərin cəlb edilməsi kampaniyası fevralın əvvəlində başlayıb. Ukraynanın daxili işlər naziri İqor Klimenko Reuters Agentliyinə bildirib ki, kpnüllülər arasında həm keçmiş hərbçilər, həm polislər, həm də döyüş təcrübəsi olmayan şəxslər, o cümlədən qadınlar var. Nazirin sözlərinə görə, keçmiş hərbçilər iki ayda, təcrübəsi olmayanlar isə dörd ayda hazırlana bilər. Klimenko Ukraynanın hələ də səfərbərlik potensialının olduğunu iddia edib.

Könüllülərən təşkil edilən briqadalar Ukrayna Daxili İşlər Nazirliyinin nəzarəti altındadır.

Reuters yazır ki, Kiyev cəlb edilmiş könüllülərdən qarşıdakı həftələr və ya aylarda başlayacaq əks-hücum zamanı istifadə etməyi planlaşdırır. Agentlik qeyd edir ki, Rusiya tərəfindən ələ keçirilən ərazilərin qaytarılması üzrə uğursuz cəhd Ukraynanın əsas Qərb tərəfdaşlarının mövqeyinə təsir göstərə və onları Kiyevi Moskva ilə danışıqlara sövq etməyə məcbur edə bilər.

Qeyd edək ki, ötən ilin sonundan Ukrayna rəhbərliyi yazda əks-hücum hazırlamaqdan danışır. Kiyevdə uğurlu hücum üçün müasir silahların lazım olduğunu iddia edirdilər.

Ukrayna hakimiyyəti dəfələrlə bildirib ki, əks-hücumun son məqsədi bütün işğal olunmuş ərazilərin, o cümlədən Krım və Donbassın qaytarılması olmalıdır. Analitiklər hesab edir ki, Kiyev Zaporojye vilayətindən hücuma keçə bilər ki, bunula da Rusiya artıq Krımla qurudan əlaqəni itirə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay