Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndidə aktivlik artdı: yeni mübarizə başlayır?

Qarabağda son günlər qondarma rejimin təhlükəsizlik şurasının katibi Samvel Babayan aktivləşib.

Poliqon.info xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.

Məlumata görə, Babayan Qarabağdakı separatçıların müxtəlif nümayəndələri ilə müntəzəm görüşlərə başlayaraq, bir sıra məsələlərdə aktiv danışıqlar aparıb. Bununla belə, qəzet əksər siyasi qüvvələrin Babayanı Ermənistan Baş naziri Nikol Paşinyanın adamı hesab edərək, onunla görüşdən imtina etdiklərini yazıb.

Babayanın həmçinin bir müddət əvvəl Xankəndidəki məktəblərdən birində insident yaşadığı da bəlli olub. Belə ki, müəllimlər onunla görüşə gəlməkdən imtina ediblər:

 “Qarabağlılarda belə təəssürat yaranıb ki, Babayan seçkilərə hazırlaşır, bununla da özünə elektorat toplamağa çalışır. O hətta müxtəlif yaşayış məntəqələrində özünə 3 aylıq ofislər də kirayəyə götürüb”.

Qeyd edək ki, Babayan Vardanyanın istefasından bir neçə gün əvvəl Xankəndiyə gələrək aktivləşib. Erməni mətbuatı onun son zamanlar separatçıların Bakı ilə danışıqlarını artırması təkliflərini intensivləşdirdiyini bildirib.

(İlkin Həsənov)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar