Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron rayonunda şəhid ailələri Novruz bayramında ziyarət edilib

Xalqımızın müqəddəs bayramı olan Novruz bayramı günlərində şəhidlərimizin məzarları və şəhid ailələri ziyarət olunub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Vətən müharibəsi şəhidlərinin, o cümlədən 2022-ci ilin sentyabr ayında düşmənin növbəti hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarlarını ziyarət edib, onların ruhuna dualar oxuyaraq, əziz xatirələri hörmətlə yad ediblər. Daha sonra şəhidlərimizin ailə üzvlərinə baş çəkmiş, şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıblar.

Ziyarət və görüşlərdə Azərbaycanın döyüş meydanında qazandığı qələbədən sonra tarixi torpaqlarımızda həyata keçirilən quruculuq-abadlıq işlərindən danışılıb, Silahlı Qüvvələrimizin qarşıya qoyulmuş bütün vəzifələrə çatmaq gücündə olması qeyd edilib. Bildirilib ki, artıq üçüncü dəfədir Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımıza Novruz təbriklərini doğma Qarabağ diyarından səsləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bayram təbrikində qeyd edib ki, biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etmişik. “44 gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik”.

Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini, bu qayğını da həyatlarının hər bir anında hiss etdiklərini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay