Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İslamofobiya lüğəti”nin müəllifi: “Fransada müsəlmanlara separatçı kimi baxırlar”

Siyasətçilər də öz siyasi karyeralarını qurmaq üçün bu vasitədən istifadə edirlər...

“Müsəlmanlar üçün Fransada yaşamaq asan deyil və bir çox müsəlman rahat yaşaya bilmək üçün buradan başqa ölkələrə köçdü”.

“Report”un xəbərinə görə, bunu tarixçi, “İslamofobiya lüğəti” kitabının müəllifi Kamil Meziti Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, Fransadan gəldiyini deyib:

“Mən 10 il öncə “İslamofobiya lüğəti” kitabını yazanda insanlar deyirdilər ki, sən mübaliğə edirsən. Lakin 10 il sonra görürük ki, Fransada yaşayan müsəlmanlar özlərini fransız kimi hiss etmirlər. Onlar özlərini digər ölkələrdə daha çox fransalı hiss edirdilər, nəinki Fransada. Ağılasığmaz hal olsa da, hazırda bu ölkədə islam paranoyası yaşanır. Onlar müsəlmanlara separatçı kimi baxırlar”.

“Siyasətçilər də öz siyasi karyeralarını qurmaq üçün bu vasitədən istifadə edirlər. Lakin unutmaq olmaz ki, müsəlmanların da haqları var. Ölkədə hansısa terror aktı törədiləndə həmin dəqiqə oxlar müsəlmanlara tuşlanmamalıdır. Təəssüf ki, Fransada islamla bağlı vəziyyət budur. Bu baxımdan hər birimiz islamofobiyaya qarşı mübarizə aparmalıyıq”, - K.Meziti vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay