Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Belarus Baş nazirinin müavini ilə görüşüb - Foto

Görüşdə tərəflər ölkələrimiz arasında yüksək səviyyədə parlamentlərarası əlaqələrin mövcudluğunu qeyd ediblər...

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Bakıda səfərdə olan Belarus Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Görüş zamanı iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib. Bu il Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğu, bununla bağlı il ərzində hər iki ölkədə bu əlamətdar tarixə həsr olunmuş tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

Tərəflər iki ölkə arasında təhsil, elm, mədəniyyət, idman və gənclərlə iş sahəsində əməkdaşlığın dərinləşməsinin önəmini vurğulayıblar. Tərəflər iki ölkə XİN-ləri arasında əməkdaşlığın inkişafının zəruriliyini diqqətə çatdırıblar.

Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko Azərbaycanın Belarus Respublikasına beynəlxalq təşkilatlar çərçivəsində dəstəyini məmnunluqla vurğulayıb. İ.Petrişenko həmçinin, ölkələrimiz arasında iqtisadiyyat və kənd təsərrüfatı sahəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə tərəflər ölkələrimiz arasında yüksək səviyyədə parlamentlərarası əlaqələrin mövcudluğunu qeyd ediblər.

Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb

“Qarabağ” - “Ludoqorets" oyununa 23000 bilet satılıb

Ən çox oxunanalar